Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.

Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.

Bəs indiyə kimi Molla Nəsrəddin nə deyirdi?

Allah Hacı Mirzə Əbutürab Axund oğlunun vücudunu bibəla eləsin. Ax, bu qayırma hədislər! Məni qocaldan bu qayırma hədislərdir.

Keçən vaxtlarda Qapazlı kəndində mənim bir əmim var idi; adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmimgilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib. Bir dəfə soruşdum ki, “əmi, maşallah, nə çox məşğuliyyət eləyirsən?” Əmim mənə belə cavab verdi:

– Bala, sən hələ uşaqsan və Molla Tarqulu buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki, “cinabət qüslinin hər bir zərrəsindən yetmiş iki min məlaikə xəlq olunur və bu məlaikələr qiyamət günü qüsl sahibini qanatlarının üstünə alıb, qalxızacaqlar göylərə və gəzdirəcəklər”.

Əmimin sözünü mən o vədə başa düşməzdim; amma sonra başa düşdüm.

Bəli, qayırma hədislərdən danışırdıq. Allah Hacı Mirzə Əbutürab cənablarını səlamət eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 aprel 1907, №16

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cərimə

Sən nə qədər istəyəsən ki, “Naloq”dan yana kəndlinin yükünü yüngülləşdirəsən. Sən əgər belə tutaq ki, istəyəsən kəndlidən heç bir qəpeyk də “Naloq” almayasan, yenə kəndlinin vergi barəsində elə bir böyük dərdi var ki, heç indi sənin xəyalına gəlmir.Bu dərdin adı cərimədir.

1 min
İnna Lillahi və İnna ileyhi raciun

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda nə qədər məsciddən və minbərdən qaçmaq istəsək, yenə öləndən sonra məscidə qayıdacağıq və biz özümüz öləndən sonra məscidə getmək istəməsək, yenə dost-aşnalarımız gəlib, qohum-qardaşlarımıza nəsihət eləyəcəklər ki, cənazə Təzəpir məscidinə aparılmayınca dəfn olunmasın.Qəzetlərdə böyük xətt ilə elanlar yazılacaq ki: “Şura qulluqçusu filanın vəfatı kəmali-təhəssürla dost və aşnalara xəbər verilir və mərhumun cənazəsi saat 10-da Təzəpir məscidindən götürülüb, filan Şura idarəsi qabağında dayandırılıb, idarə yoldaşları tərəfindən nitqlər söylənəndən sonra, qəbiristana aparılacaqdır”.

2 min
Dinsizlik

Pənah aparıram bir Allaha ki, onun mərhəmətinin intəhası yoxdur. Və məhz belə bir Allahın mərhəmətinə arxalanıb, bu aşağıdakı sözləri cürət edib yazıram. Yoxsa, bu sözlərin hər birindən qan qoxusu gəlir.Söhbət Holbax filosofun barəsindədir. Bu şəxs, Fransanın ən məşhur filosoflarındandır ki, on səkkizinci qərinədən bu günə kimi bunun kitabları Avropanın cəmi darülfünunlarında oxunur.

2 min
Qız mütribləri

Məlumdur ki, camaatımız drama teatrosuna kəmmeyl gəlir. Hətta Mirzə Fətəli kimi ustadımızın əsərləri də camaatı teatroya o qədər cəlb eləmir, nə qədər ki, gərək edəydi. Bunun səbəbi hər nədirsə, onda işimiz yoxdur.Sözümüz çarə üstədir ki, nə eyləyək camaatı teatroya çəkək?

1 min

Poems by other poets · Satire