Əcayibül-məxluqat

Rəvayətdir ki, bir gün Yəhya bin Ziyad xahiş elədi ki, şeytanı gətirsinlər onun yanına. Şeytan hazır oldu, amma şeytan nə şeytan: tükləri meymun tükünə oxşar, bədəni donquz bədəni kimi, ağzı və gözü əyri, dörd əli var, ikisi sinəsində və ikisi də çiyinlərində, amma ayaqları boynundan asılmışdı və otuz ayaq barmaqları var idi, amma boynundan bir yekə zəng asılmışdı.

Yəhya bin Ziyad şeytandan soruşdu ki, bu zəngi niyə boynundan asmısan? Şeytan cavab verdi ki, dünyada bəzi adamlar var ki, hərdənbir istərlər yatsınlar, amma onların yatmağı hərçənd Sədi deyən kimi, cümlə müsəlmanların məsləhətidir və lakin mən bu zəngi çalıb onları yuxudan oyadaram. Yəhya bin Ziyad soruşdu ki, o adamlar kimdirlər, şeytan başladı o adamların adını bir-bir söyləməyə: Təbrizdə Hacı Mirzə Sadıq və Siqqətülislam və Hacı Mirzə Möhsün və Hacı Mirzə Kərim və Mirzə Məsud ağa və ağa Mirhaşımlar. Rəştdə Hacı Xümami və şəriətmədarlar, Tehranda Şeyx Fəzlullah, Hacı Mirzə Həsən, Hacı Seyid Məhəmməd və Seyid Əlilər, qumda Hacı Möhsünlər, Ərdəbildə Mirzə Ələkbərlər və Mirzə İbrahimlər, Sərabda Hacı fəxrlər və hacı qazilər, Məşhəddə hacı etimadlar, mütəvəllibaşılar və xüddam bibilər və siğə oxuyanlar, Mərənddə Molla Həmidlər və Hacı molla Vəlilər...

Şeytan bu sözləri deməkdə idi, birdən gördü ki, Təbrizdə Siqqətü-lislam ağa bir tirmə palanlı eşşəyə minib gedir və minlərcə Təbriz əhli ağanın əlini öpürlər. Şeytan bunu görcək yüyürüb başladı bu da ağanın dizlərini öpməyə, amma bu heyndə Allahın heyvanı şıllağa qalxıb şeytanın zınqırovundan bir təpik vurdu.

Mən zınqırovun səsinə oyanıb gördüm ki, təzə il gəlib yetişib.

Lağlağı

“Molla Nəsrəddin”, 6 yanvar 1908, №1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Buz

Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.Müsəlman həkim dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; hacı Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə və həb və işlətmə verməkdən ibarət idi.

192610 min
Dəllək

Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:"Axı, Kərbəlayı Qasımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.

4 min
Hamballar

Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.Xülasə.

7 min
İki alma

Axşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.

19263 min

Poems by other poets · Satire