Altı müctəhidin imzaları ilə təsdiq olunmuş hər cür fitvalar Tiflisdə “Qeyrət” mətbəəsində bir neçə min nüsxə çap olunub satılır və xahiş edənlərə “naloj” ilə göndərilir. Bu aşağıda yazılan qərar ilə:

Məşrutiyyət ziddinə verilən fitvalar... nüsxəsi yarım qəpik

Cəmi qəzetlərin və ağızlarına diş qondaranların qətlinə hökm verən fitvalar... nüsxəsi bir quruş.

“Molla Nəsrəddin” jurnalını təkfir edən fitvalar (ordubadlı Seyid Mürtəzanın böhtanlı sualına cavabən)...biri çert qəpik.

Şiə və sünni ittihadının, təzə üsul məktəblərin, qızlara yazı örgədənlərin və bozbaşı qaşıq ilə yeyənlərin əleyhinə yazılan fitvalar... biri bir pənabat.

Hər kəsin vaxtı müftə olsa və yazıb xahiş etsə, təxirsiz göndərilər. Pul əvəzinə marka da qəbul edə bilərik.

İdarədən

“Molla Nəsrəddin”, 13 yanvar 1908, №2

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qoqol

Bu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.

2 min
Oxucularımıza

Keçən vaxtlarda Bakıda və Tiflisdə çıxan müsəlman qəzetlərimizdə bəzi gözəl əşar çap olunardı. Oxucularımızın bir hissəsi əşar sahibini tanıyırdı, amma çoxları da tanımazdı. Lakin misilsiz olan şairimizin kəlamı o qədər mövzun və mənalı idi ki, oxuyan şəxs eləyə bilməzdi ki, təhsin və təqdir etməsin.Bəs hanı o şairimiz?

1 min
Heç bilirikmi?

Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...

3 min
Milli bayram

Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.

2 min

Poems by other poets · Satire