Rişə
Çadra da gedəcək işinə, papaq da gedəçək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ ərəbin özü də gedəcək işinə. “Ərəb” deyəndə – burada Ərəbistanda yaşayan ərəb milləti demək deyil; mən o ərəbi deyirəm ki, qədimül-əyyamdan bizim qanımızın içinə giribdir, ətimizlə dərimizin arasında gizlənibdir və ruhumuza sahib olubdur və qısası: – həyatımızın bir rişəsi mənzələsində olubdur.
Onunçün də əsil mətləb rişədədir; çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyin, yaşıl qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və... müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və axmaqlıqhat!..
Sən gərək məsələni rişədən başlayasan; əgər rişə bərk və möhkəm olsa, ağaç möhkəm duracaq və qanad-budağını darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər.
Sən gərək mətləbi lap rişədən başlayasan, yoxsa qanad-budaq məsələsi asan bir məsələdir.
Belə tutaq ki, çadra da tullandı, papaq da dəyişildi, əlifba da əvəz oldu.
Bəs, məgər çadrasız oruc tutmaq olmaz? Latın əlifbası işlədəişlədə namaz qılmaq olmaz? Şapka qoyanlar məgər imam təziyəsinə gedib ağlamırlar? Bəs, molla və məscidə nə deyirsən? Bəs, bu işlərdən nə tövr baş açmaq? Sən məscidi və minbəri öz yerində sağ və səlamət buraxmağmı istəyirsən? Allah, Məhəmməd, Əli, imam Cəfər Sadiq, imam Mehdi ibn Həsən Əsgəri və canına qurban olduğum min-min naib imam həzrətləri ki, İranda və Turanda və bizim öz zir-zibilli küçələrimizdə başıqırxıq islam ümmətini məgər tovlamaqda deyillər?..
Ancaq xahiş edirəm güman aparmayasan ki, burada müqəddəs kitabları da mövhumat siyahısına daxil eləmək istəyirəm; dilim lal olsun; haşa və kəlla!
Mən ancaq burada rişədən danışıram və ərz edirəm ki, əgər rişəni baltalayıb, ona zəfər yetirə bilsək, qol-qanad onsuz da öz-özünə quruyub məhv olacaq; yoxsa nə qədər ki, rişə saf və salamatdır, ağac hələ dayanıb duracaqdır.
Əlqissə. “Əlqissə” deyən kimi keçən günlər yadıma düşdü: on beş il bundan qabaq da bu “rişə” məsələsindən söhbət açmışdım: onda da üzümü yazıçı və ədib yoldaşlara tutub, sual eləmişdim ki, aya, o çürük ağacın rişəsi hardadır və nədən ibarətdir ki, bizə macal vermir gözümüzü açaq və dünyada yaxşı ilə yamana fərq verək? O vaxt qiymətli qələm yoldaşımız Nemət Bəsir həmin şeirlərlə sualımıza cavab verdi:
Əlqissə, ey bəradər, məndən sənə vəsiyyət:
İslamı yığ çuvala, eylə çuvala lənət.
Çarşab da içində, papaq da içində, əbcəd də içində, zir-zəbər də içində. Və çuvalın ağzını qatma ilə bərk-bərk bağla, apar tulla zibil dərəsinə. Hələ istəyirsən İncil, Tövrat, Zəbur, Səhif, İqan və başqalarını da bunlara əlavə eləginən.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 noyabr 1928, №45
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-rise
Use ← → keys to move, R for a random poem
More by this author
Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahiməğfurun təziyəsində məscidə qoymadılar. Kağızın məzmunu budur: “Biz otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri. Bir dövlətli hacı gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur, buyur” deyib aparıb oturtdular minbərin yanında. Bir bəy gəldi, həmçinin, bir xan gəldi, həmçinin; sonra hər bir rəğbətli adam gəldi, “buyur, buyu” eləyib aparıb oturtdular minbərin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri, hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında!” Sonra hey bir ucdan çay, qəhvə, paprus daşıyıb düzdülər ağaların qabağına… Amma biz axıra kimi durduq qapının ağzında”.Bu kağıza otuz həmşəri qol çəkib.
Lüğəti-molla Nəsrəddinİndi hürriyyət zəmanəsi olmağa görə biz lazım bilirik ki, hürriyyətə dəxli olan bəzi çətin sözləri məna eləyək ki, oxucularımız oxuyanda başa düşsünlər.Hürriyyət – yəni azadlıq, yəni hər bir kəs hər nə eləsə azaddır. Məsələn, İranda bir tərəfdən millət vəkilləri yapışsınlar vəzirlərin yaxasından ki, gərək bizim iznimiz olmamış heç bir qərardad eləməyəsən, bir yandan da hökumət qərar qoyur ki, məcmuələri yandırsınlar.
Meşədə gördüklərim(Bekkerin səyahətnaməsi)Məktub nömrə 2.
Məhəmmədəli şah və bütpərəstlərMəhəmmədəli şah İran təxtü-tacını qəbul edəndən bəri idarəmizə Təbrizdən bir neçə dəfə kağız yazıb soruşublar ki, nə səbəbə biz təzə padşahın şəklini məcmuəmizdə çəkmirik? Kağız sahiblərinə biz cavab verdik ki, təzə padşah İran millətinin yolunda nə xidmət göstərib ki, biz onun şəklini məcmuəmizdə çəkək?Bu barədə bizə Təbrizdən yazdılar ki, bundan artıq dəxi nə xidmət olar ki, Məhəmmədəli şah nə qədər ki, Təbrizdə vəliəhd idi, göyçək uşaqlar küçəyə çıxa bilməzdilər? Kağız sahiblərinə biz cavab verdik ki, bunun eybi yoxdu.
Poems by other poets · Satire
Ay Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!