May ayının 16-da hökumət tərəfindən şəhər hamamlarının təmizliyi barəsində sadir olan qərardadı oxuduq ki, on üç maddədən ibarətdir.

Və lakin həmin qərardadı diqqətlə mülahizə edəndə məlum olur ki, burada ancaq əcnəbi millətlərin hamamları nəzərə alınır, nəinki müsəlmanların; çünki bu on üç maddədə bir kəlmə də olsun şəraiti-istehmam yaxud adabi-həna və nurədən bəhs olunmur.

O ki qaldı, təmizlik söhbəti ki, burada müfəssəl danışılır, – bu da habelə əcnəbi və qəriblərə əlverişli söhbətlərdir. Zira ki, islam dünyasının müxtəs qanunları var ki, onları qeyri millətlərə isnad vermək cayiz deyil.

Götür, məsələn, qüsl məsələsini ki, bu barədə qərardadlarda heç bir işarə yoxdur. Habelə hovuzlara gəldikdə yenə burada bizim müsəlman hamamları ilə qeyrilərin hamamlarında böyük fərq olmalıdır. Çünki onlara sən deyirsən ki, bir hovuza ki, bir nəfər ya on nəfər şəxs daxil oldu, dəxi oraya on birinci şəxsin daxil olmağı məsləhət deyil və halonki, şəriət sahibi burada, müəyyən mizan qərar verib ki, onun adı kürrdür və “Cameyi-Abbas”da və “Maarifəl-məcməin”də onun mənası təfsilən dərc olunubdur. Hər bir müsəlman qardaş o mənbələrə müraciət etsə, baxıb görəcək ki, bizim islam hamamlarının heç birisi mayın 16-da elan olunan qərardadın təhtinə daxil ola bilməz. Bu surətdə şəraiti-istehmam bütün islam aləmində elə bir mühüm məsələdir ki, bu barədə füzəla tamam giranbəha əmrlərini bu yolda qələm vurmaqla dərəceyi-ictihadə yetişiblər.

Bu cəhətdən “Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi Bakıda yaşayan islam qardaşlara dəsturül-əməl olmaq üçün on üç fəqərə hamam şəraitini burada dərc edirik ki, yuxarıda zikr olunan hökumət qərardadı əvəzində bunlar da müsəlman hamamlarında istemal olunsun:

  1. Həzrət əmirəl-möminin fərmud ki, həmam nikuxanə ist ki, cəhənnəmra bəyad miyavərəd və çirkra əz bədən mibərəd.

  2. Əz həzrət imam Cəfər Sadiq mənquləst ki, hər ki, bifutə daxilihəmam şəvəd, u əz əzabi-cəhənnəm eymən nəşəvəd.

  3. Əz həzrət imam Rza mənquləst ki, vəqti ki, camə-hara əz xud mikuni və daxili həmam şəvi, beğu: “allahümmə inni əuzü bikə min şərri-nəfsi... ”.

  4. Mənquləst əz həzrət imam Cəfər Sadiq ki, həzrət əmirəl-mömünin mifərmud ki, mərd bapəsəri-xud bəhəmam nərəvəd ki, nəzər könəd bəövrəti-u.

  5. Əz həzrət imam Museyi-Kazım pürsidənd: əz Quran xandən dər həmam fərmud ii, baki nist.

  6. Həzrət İmam Rza fərmud ki, dər həmami-ümumi qüsl məkon ki, dəron qüsaleyi-yəhudi və nəsrani və kəbr cəmmişəvəd.

  7. Əz həzrət əmirəl-möminin mənquləst ki, bövl kərdən dər həmam murisi-fəqr və pərişanist.

  8. Əz həzrət Rəsul səlləllahü əleyhü vəssəlam mənquləst ki, növreyi-güzəştən ziri-bəğəl behtərəst əz təraşidən və dər hədisi-digər mənquləst ki, çün muyi-bəğəl bülənd mişəvəd, şeytan dər onca xanə mikünəd,

  9. Dər hədisi-mötəbər rəvayətəst ki, hər mərdi ki, iman bəxuda və ruzi-qiyamət darəd, bayəd əz nurə malidənü ruzü-çərşənbə ehtiraz künəd.

10, 11 və 13) Dər fəziləti-həna malidən bəd əz növrə.

Hüseyin ibn Musa belə rəvayət edir ki: pədərəm Musi ibn Cəfər bir gün hamama gedib orada əvvəl tənvir edib, sonra bədəninə başdan-ayağa kimi həna qoydu və hamamdan küçəyə çıxanda ali-Zübeyir tayfasından bir şəxs həzrəti tanımadı, çünki sir-sifəti xoruz pipiyi kimi qırmızı idi; necə ki, dər hədisi-digər mənquləst ki, həzrət imam Məhəmmədtağı ruzi əz hamam birun aməd və əz sər ta pay mübarəkəş manəndi-güli-sürx şüdə bud əz həna.

Ay gül bədəninə qurban olum, ya imam Məhəmmədtağı!!...

Lağlağı

“Molla Nəsrəddin”, 30 may 1925, №22

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Quba meydanı

Amerikada mənim bir rəfiqim var, bunnan iki dəfədir ki, mənə yazır ki, ay Molla, sən Allah məni başa sal görüm, nədən ibarətdir müsəlman aləmi? Necə dolanırlar, nə yeyib, nə içirlər, nə cür paltar geyirlər, necə şəhərlər qayırıblar, nə alış-veriş eləyirlər? Yeməklərindən, içməklərindən, bazar – dükanlardan mənə bir məlumat yaz göndər.Mən də məəttəl qalmışdım, çünki bilmirdim nə yazım.

1 min
Məzhəb azadlığı

Müsəlman vəkillərinə nəsihətEy dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.

3 min
Mövqufat məsələsi

Məlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.

3 min
Xoş təqrir

İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.

3 min

Poems by other poets · Satire