Dünyada Təbrizdə olan qafqazlı müsəlmanlardan xoşbəxt adam yoxdur. Kişilər yaxalarını çəkib oturublar evlərində və hərçənd ki, “qarın”dan bir az kasıbdırlar, amma bununla belə, nə Zəngəzur və Qarabağ acları ilə işləri var, nə də Təbriz acları ilə. Səbəbi də budur ki, Zəngəzur və Qarabağ söhbəti ortalığa gələndə bunlar deyirlər ki, “pəh, biz ki, İranda qalırıq, biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” İran aclarına da ianə eləmək məclisi olanda bunlar genə yavıq düşmürlər və cavab verirlər ki, “bizə nə dəxli var, biz qafqazlıyıq”

Vaqeən dünyada bunlardan xoşbəxt adam yoxdur İrəvan dövlətlilərindən savayı.

“Molla Nəsrəddin”, 3 mart 1907, №9

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müzəffər! (31 may 1926)

Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.

1 min
Həmidə! (10 iyun 1926)

Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.

1 min
Həmidə! (13 iyul 1926)

Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.

1 min
Həmidə! (Borjom, 20 iyul 1926)

Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.

1 min

Poems by other poets · Satire