Bu, axir qövlə vermək şəh adilə zibü zinətdür
Tubilik, ey bəridi-məqsud,Saldun əlinə kilidi-məqsud.Bin sə’y ilə bağlayub miyanın,Açdun qapusun bu gəncdanın.Əcnasi-cəvahir etdün izhar,Ta görsə anı gəlüb xiridar.Qansısına bulsa istitaət,Alub verə mayeyi-bəzaət.
Rəf’ eylədün ərçi öz fərağın,Gördün dolu əldəki əyağın,Qıldun tazə bu bağü raği,Tavus etdün gəzən kəlaği.Sanma zaye olur bu rəncin,Məxfi qalunur bu gizlü gəncin,Gər cilvə qıla bu bikri-ziba.Tiz eyləyə iştihar peyda.Alduqda ələ anı göhərsənc,Bilür ki, nə dənglü gəncdür gənc,Təxsis bu şah, şahzadə,Kol maliki-mülkədür nəvadə.Novbadeyi-şaxsari-şahi,Dünya püşti, cəhan pənahi.Sinn ilə cəvanü ra’y ilə pir,Tədbirinə bağlu payi-təqdir.Ta kim o hümayi-ovci-iqbal,Dəhrə saldı müzilleyi-bal.Açdı rüxi-xəlqə babi-şadi,Ol məzrəə verdi abi-şadi.Şəxsi-dəhrin açıldı bəxti,Gördü iyəsində tacü təxti.İqbali büləndü fikri saib,Olmuş iqbalə fikr naib.Çün kövkəbi-ədli doğdu kanə,Teyhu pəri-bazi qıldı lanə.Cəm etdi dua sacub ədalət,Zülm üz bürüdü tapub xəcalət.İtürdi cəhan görəndə cudin,Dövranidə məskənətvü cudin.Samiyyi-əvvəl, Səfiyyi-sani,Dövr əhlinin əmnivü əmani.Mövsüm olmaq bu iki namə,Rəmz ilə dəlildür təmamə,Sərvərligə ta ki, mindi ati,Yetişdi kilidi-şeş cəhati.
Tüğyaninə kim ki, verdi fərman,Fərman ona yetürdi hirman.Kim basdı ayaq zehi-xilafə.Nəkbət ani saldı piçi-nafə.Vermiş ona bu sifət xudasi,Asudəligi ədu cəfasi.Ol cövhəri-zati kani-vayə,Ta təxt ilə tacə saldı sayə,Əhli-fəzlin olub əyari,Arturdu birə yüz e’tibari.Nəqlində fünuni-elm məxzun,Əqlində üquli-dəhr məcnun.Aciz yanidə dil aça Həssan,Ta qalib şe’rə nitqidür can.Aləm zeyi, cəhan səfasi,Tanrı yari, dil aşinasi.Var dil aça gər hədisə əksər,Əmri mə’rufü nəhyi münkər.Vəsfində həriri-bülbüli-zəng,Olmuş bu qəsidədin xoş ahəng
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-axir-qovle-vermek-seh-adile-zibu-zinetdur
Use ← → keys to move, R for a random poem
More by this author
Ol məryəmi-xanigahi-hikmət,Novbadeyi-baği-əqlü fikrət.
Bu, Gülşai-həzinin şəm’birlə macərasıdürSöylərdi ki, ey güli-həqiqət,Vey hadiyi-Museyi-təriqət.
Bu, Gülşa açdığıdür dərd ilə pərvanəyə razVer ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın