İmtahan
Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.
Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.
– Gəl, – dedi, – özün oxuyacaqsan!
Ürəyimə damdı ki, pis çıxmışdır.
Xoşu gəlmir, qələtimi göstərmək üçün çağırır, cümlə-cümlə təhlil edib məni qızardacaqdır. Masa başına keçdim, kağızı alıb oxudum:
"Müdhiş hadisələr çox görmüşəm. Uşaqlığım Gəncə dağlarında çobanlıqda keçib. Bəzən Kəpəzin ən uca yamaclarında özümü tək, göy qübbəsini isə zümrüd bir tac kimi başıma çevrilmiş görüb qorxmuşam. Göyləri qamçılayan qəzəbli ildırımdan meşələrin yandığını, gün tutulmasından günorta vaxtı ulduzlar çıxdığını görmüşəm. Yanımda adam da öldürülüb, qayadan mal da uçub, canavar ilə üz-üzə də gəlmişəm, onun alovlu gözlərindəki vəhşətdən vahimələnmişəm...
Amma bunların heç birini təfsilatı ilə danışa bilmərəm. Çünki, yaxşı yadımda deyil. Bunları mən müdhiş hadisə saymıram. Unutmadığım, unuda bilmədiyim hadisə bu aşağıdakılardır:
Şəhərdən bizə bir qonaq gəlmişdi. Tacir olduğunu deyirdilər. Nə üçün gəldiyini bilmirdim, bilmək də istəmirdim. Bizlərdə adət deyil, gələn qonağın ancaq keyfini soruşarlar. İstəyir, bir ay evdə mənzil eləsin, soruşmazlar ki, filankəs, haradan gəlir, haraya gedirsiniz! Onu da bilirik ki, şəhərlilər ağartı sevən olurlar. Onları qatıqdan, qaymaqdan, kababdan, bozartmadan doyurmamış yola salmarıq. Tacir bir axşam bizdə qaldı. Səhər sürüyə baxmaq üçün məninilə bərabər bərəyə gəldi. O soruşurdu, mən də qoyunlarımın cinsindən, bərəkətindən deyirdim. Neçə ay əvvəl mənə bir türkmən qoyunu bağışlamışdılar, o, bu səhər qara, gözəl bir quzu doğmuşdu. Yenicə dünyaya qədəm qoyan, ilk və körpə səsi ilə mələyən quzunun hələ qurumamış tükləri gümüş kimi parıldayırdı. Tacir onu görən kimi, soruşdu:
– Buxara dərisi bu deyilmi?
– Bəli, bu, quzuların Buxara cinsidir!
– Canını, bunun ki qiyməti yoxdur!
– Peşkəşdir!
Bunu dediyimi gördüm. Tacir cibindən bir yemiş bıçağı çıxarıb quzunun üstünə cumdu.
– Körpədir, nə edirsiniz?
– Böyüsə dərisi pula getməz!
Bunu dedi, quzunu ayağı altına yıxıb başını üzdü. Quzu ona nə edildiyini bilmirdi. Bəlkə güman edirdi ki, onu tutub əmizdirməyə aparırlar.
Tacir ayağını rəhmsizcəsinə onun gövdəsinə basanda heyvan mələdi və bu fəryad ağızdan yox, bıçağın açdığı hülqumdan çıxdı. Quzunun anası kənarda otlayırdı. Başını qaldırıb səs verdi və göz gəzdirib balasını aradı. Tacir sevinə-sevinə quzunun dərisini soyurdu. Öz-özünə deyirdi:
– Əcəb dəridir, hazır bir papaqlıqdır.
Həmin quzunun anası beş il mənim sürümdə qaldı. Bir daha mələmədi, bir daha doğmadı. Həmişə qoyunlar balasını əmizdirəndə, o, otlamaqdan başını qaldırar, bərəyə, sanki balasını itirdiyi yerə enər və dayanıb uzaqlara baxardı.
İndi də boynu dərili palto geyinərək iftixarla ötən xanımları görəndə, sanki o quzunun, ana südü dadmayan, ana nəvazişi görməyən o məsum körpənin mələməsi qulağımda nalə kimi səslənir. Sanki o insanlardan şikayətlənərək anasını çağırır:
– "Ana, məni niyə gözəl doğdun? Niyə məni gözəl doğdun, ay bədbəxt ana!"
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-imtahan
Use ← → keys to move, R for a random poem
More by this author
Ramazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Mirzəİki Mirzə Şəfi var. Birisi - bildiyiniz məşhur Mirzə Şəfi, ikincisi - mənim məşhur etmək istədiyim Mirzə Şəfidir.– Ədə, sənə demirəm, başını dik tut? Qoduq kimi nə qaş-qabağını sallamısan, dərsi söylə!
Hacının xəyalı"Dünyanın işi belədir. Zahirdə dəhşətli görünən qanunlar insanların özləri tərəfindən verilir və rədd olunur. Vay o adamın gününə ki, bunu başa düşməsin, qəzetlərə, deyilənlərə inansın. Elə götürək mənim özümü. Bir zamanlar dəli pristavın qaradavoyu oldum; onda gəncdim, qoçaqdım, gözümü ağardanda qorxudan boğaz inəklər bala salardı.Fələk vurdu, müsavat taxta çıxdı, qulluqlar dəyişdi, tanış olmadığım adamlar iş başına keçdi. Xosrov bəyə bir qırqovul, bir də damazlıq inək bağışlamaqla kəndin yüzbaşılığını aldım. Əsl ömür-günüm buradan başladı...
Poems by other poets
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsərSoldumu gülzarın, ey Faiqi-Neman pəsər,Laleyi-ne’manların oldumu xunincigər,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır