Contents
  1. I
  2. II
  3. III
  4. IV

Page 4 of 4 · 75%

IV

Qoca min bir həvəslə yoluna işıq salan bir həqiqətə, ürəyinə daman bir nicata doğru gedirdi. Əsirlik, zülm və təcavüzlərin acısından odlu bir şikayət aparırdı. Bu yolda nə qocalıq, nə yorğunluq, nə tənhalıq duyulurdu. Gecələri gündüzlərə vurur, soyuğa-istiyə baxmır, nə dinir, nə dayanır, tənha və qorxulu çöllərdə bir vahimə kimi, çomağını ataraq gedirdi. Başqa bir zaman Məşriq bu yerlərə düşsəydi, bağrı çatlardı. Lakin indi o, bütün bu yolları dərin bir qətiyyətlə ötürdü. Yəqin etmişdi ki, ağ gün bunların, bu bəlalı yerlərin dalında, ağrı və əzabların sonundadır. Ləbbeyk indi qocanın qabağına fənər tutan bir bələdçi kimi dururdu. Əlindəki kitabın qızıl vərəqləri parıldayır, “işıq" deyə çağırırdı. Məşriq yorulub yolda qalsa, vücudu tab gətirməyib məhv olsa da, onun intiqam və ümid dolu qəlbi köksündən çıxacaq, bahara uçan bir qaranquş kimi, üfüqləri süzüb arzularına qovuşacaqdır.

Kişi buna əmin olduğu üçün ayaq saxlamır, son nəfəsinə qədər yüyürmək, tale üfüqlərində gördüyü işığa qovuşmaq istəyirdi.


Bir axşam qızıl sərhəd qarovulları qocanı maşına əyləşdirib, zastavaya gətirdilər. Yorğunluq onun vücudunu buz kimi dondurmuşdu. Dünəndən bəri onu yerdən-yerə aparırdılar. Başına adamlar yığılırdı. Ancaq özünün heç nədən xəbəri yoxdu. Əzablar görən həyatı sanki bir müddət qəlbinə, ürəyinin dinc bir küncünə çəkilmişdi. Ya da bu şirin yuxu aləmində kişinin bütün duyğuları özünə gəlirdi.

Tapşırığa görə onu çarpayıya saldılar. Oyanıncaya qədər gözlədilər. Kişi gözünü açanda özünü rahat bir yerdə, mehriban adamlar ara sında görəndə Lenin torpağına ayaq basdığını bilmiş və sevincindən ağlamışdı.


Məşriqi yaxşı tanıyandan sonra şəhərə, icraiyyə komitəsi sədrinin yanına göndərdilər.

Sədr bu nurani qocanın gəlişinə qalxdı, əlini sıxıb yer göstərdi. Onun kefini, səhhətini soruşdu:

Məşriq həsrət dilini açdı:

– Lenini görəcəyəm.

Sədr dedi:

– Yəqin ki, şikayətiniz var?

– Balalarımı axtarıram.

Qapı açıldı, cavan və təmiz geyimli bir oğlan içəri girdi. Sədr qocaya sarı döndü:

– Bu oğlanı gərək ki, tanıyırsınız?

Məşriq başını qaldıranda, Ləbbeyki bayram libasında görəndə sevincindən dili bağlandı, qolları açıldı, Ləbbeyk özünü atasının qucağına atdı:

– Ata, - dedi, - gözün aydın, xilaskarlar vətənindəyik!

– Oğul, Salamdan mənə bir xəbər!

Ləbbeyk onun qoluna girdi. Maşına oturdular. Şəhərin gen, kölgəli küçələri ilə süzüb getdilər. Böyük bir binanın qabağında maşın dayandı. Bağ-bağçaya oxşayan bir həyətdə dəstə ilə əli kitablı uşaqlar görünürdülər. Ləbbeyk atasını eyvana, oradan da səliqəli bir otağa apardı. Salam atasını görən kimi qalxdı, qollarını açdı.

Kişidən ixtiyarsız bir nida çıxdı:

– Balam, burada nə edirsən?

Salam dedi:

– Ata, uşaqları oxuduram.

Məşriq kişinin gözü divardakı xalçaya sataşanda sifətində qəribə bir işıq oynadı. Bir kiçik oğluna, bir böyük oğluna, bir də onun toxuduğu xalçaya baxdı.

– Bu, qardaşımın və bütün Şərqin mənə və azad vətənimə unudul maz hədiyyəsidir.

Salamın bu sözündən qocanın fərəhi qat-qat artdı. Özünü evindəki kimi rahat bildi. Ləbbeykdən soruşdu:

– Bala, Leninnamə hanı?

Ləbbeyk qızıl kitabı qoltuğundan çıxartdı. Məşriq onu Ləbbeykdən aldı və öpüb gözlərinə sürtdü.

– Oğul, bəs Lenini harada görəcəyik? - deyə soruşdu.

Salam kişinin qolundan tutdu, pəncərəyə yaxın gətirdi. Böyük və əzəmətli şəhəri, qaynar həyatı göstərərək dedi:

– Ata, Lenini ana torpağımızın hər qarışında, xalqımızın açılan baharında, qocaların gülüşündə, gənclərin rəşadətində, uşaqların xoş baxışında, körpələrin parlaq gözlərində görə bilərsən. Hər dəqiqə onun həyat və nicat verən səsini eşidərsən.

Qoca daha artıq maraqla pəncərəyə yanaşdı. Heyrətlə baxdı. Dahinin Şərqi göstərən heykəlini görür, sovet nəslinin mahnısını eşidir, əllərini çırpınan qəlbinə qoyur, sədrin qarşısında əyilmək istəyirdi.

– Qoyun əlinizdən öpüm, oğul!

Sədr onun qolundan tutub ayağa qaldırdı, oğlanları ilə yanaşı tutub dedi:

– Sizi bura gətirən qüvvə bükülmüş belinizi də düzəldəcəkdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 min
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 min
Ananın köynəyi

Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.

19405 min
Gülgəz

IGülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.

19409 min

Poems by other poets