Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.

Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

Bir toxucu mühəndis Sədaqətin bir ildə götürdüyü pambıq məhsulunu hesablayıb təəccüblə mənə demişdi:

– Bilirsinizmi, bu nə deməkdir? Bu, azı 50 min adamın libası deməkdir. Bir komsomolçu qız illik əməyi ilə böyük bir şəhər əhalisini geyindirir. Sosialist əməyinin "möcüzələrini" görürsünüzmü?!

Mən o qızı, adı dillərə düşən kolxoz qızını görmək istəyirdim. Nə232 dənsə güman edirdim ki, Sədaqət ucaboylu, pəhləvan gövdəli, iri addımlı bir qızdır. Bir qızın salam verib otağın aşağı başında kürsüdə oturduğunu görəndə adamlar əvvəl mənə, sonra da ona baxdılar. Kolxoz sədri Rüstəm kişi dedi:

– Sədaqət, irəli gəl, yoldaşlar səninlə söhbət eləmək istəyirlər.

Mən indi anladım ki, Sədaqət haqqındakı təsəvvürlərim səhv imiş. O, orta və mütənasib boylu, sadə geyimli, utancaq bir qız idi. İri və qara gözləri, qələm qaşları onun sifətinə xüsusi bir məlahət vermişdi. Sadəlik və utancaqlıq onun gözəlliyini daha da artırırdı.

Sədaqət ibtidai məktəb bitirmişdir. Yeddi ildir ki, kolxozda çalışır. Komsomolun üzvüdür. Sovet məktəbi, komsomol və kolxoz onu tamam yeni ruhda böyütmüşdür. O, öz taleyini öz fədakar zəhmətində görən, azad və xoşbəxt kolxoz həyatının bütün nemətlərindən faydalanan, pambıq işinin qabaqcılları sırasında getməyi özünə məqsəd seçən bir komsomolçudur. Sədaqət yaxşı bilir ki, işdə müvəffəqiyyət öz-özünə gəlmir, onu qazanmaq lazımdır. Əkin yerindən tutmuş toxum seçməyə qədər, şum işindən başlamış alaq işi və məhsul yığımına qədər hər zaman, hər işin bir tələbi və əhəmiyyəti vardır.

Sədaqət öz manqasında ən cavan adam olsa da, manqa üzvləri arasında nüfuz sahibidir. Onun arzularmı hamı yerinə yetirir, onun işdə - tarlada qoyduğu qaydalar hamı üçün bir qanundur.

Yazbaşı camaat səpinə hazırlaşdığı zaman Sədaqətin gözü göydən çəkilmir. Bulud görən kimi əsəbiləşir: "Macal ver, macal ver, səpək!" - deyir.

Səpinin bir həftə gecikməsindən məhsula dəyəcək zərəri Sədaqət qocaman bir mütəxəssis kimi bilir.

Sədaqətin belə cavan yaşda əkin ustası olmasının sirri nədədir?

Bunun sirri həvəsdə, işə, zəhmətə olan sevgi və məhəbbətdədir! Sədaqət üçün zəhmət şan və şərəf işidir. Onun tarlada kətmən vurmağı məşhurdur. O, işini üzdən görmür, kətməni 18 santimetr dərinliyə qədər işlədir. Sədaqətin kətməni dəyən yerdə alaqdan əlamət qalmır. O, hər pambıq kolunu alaqdan, həşəratdan qoruyur. O, min bir həvəslə tarlaya girib cəld əlləri ilə pambıq yığanda tamaşasına durmaq istəyirsən. O, danışmır, ətrafını seyr etmir, fikrini dağıtmır, ən incə tikiş tikən dərzinin diqqətilə, ən ağır bir işdən yapışan fəhlənin gücü ilə çalışır. Bir saatın içinda bütün briqadaları, manqaları vurub ötür. Tarlanın içərilərindən qayıdıb arxadakılara əl eləyir:

– Geri qalmayın! Gəlin, yoldaşlar!

Sərin külək qəhrəman qızın al yanaqlarını oxşayır. Sədaqətin başındakı çəhrayı dəsmal qızıl quş kimi qanad çalır. Sədaqət yoldaşlarını çağıraraq təkrar başını aşağı salıb pambığını yığır. Sədaqət həmişə qabaqda gedənlərdən olmaq, mənsub olduğu Lenin komsomolunun adına layiq çalışmaq üçün can atır.

Sovet hökuməti Sədaqətin əməyinə yüksək qiymət qoyaraq, 1947- ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir.

Bu xəbər kəndə yayılanda hamı Sədaqətin başına yığılmışdı. Mürsəl kişi iftixarından deməyə söz tapmırdı. Komsomolçular deyirdilər:

– Sağ ol, Sədaqət, sən əsl komsomolçusan!

Kolxoz sədri qızın atasına deyirdi:

– Mürsəl, çox da qoltuğun qarpızlanmasın, Sədaqət bir sənin qızın deyil, o, həm də kolxozun qızıdır! Sədaqət "Qırmızı Oktyabr'Tn qızıdır!

Sədaqət sinəsini dolduran sevinclə dostlarına, yerlilərinə minnətdarlıq edib deyirdi:

– Hökumətimizin bu fərmanı mənim boynuma çox böyük vəzifə qoyur! Əslində, mən ancaq öz komsomolçuluq borcumu yerinə yetirmişəm. İndi ki hökumətimiz, kolxozçularımız mənim zəhmətimə belə yüksək qiymət verirlər, mən də var gücümü qoyacağam ki, qəhrəmanlar kimi çalışım, qəhrəmanlar kimi məhsul götürüm!

Sədaqət Lenin komsomolunun yetişdirdiyi minlərlə qəhrəmandan biridir. İnqilabdan əvvəl Sədaqətin kəndi (o zaman kəndin adı Sünnülər idi) avamlıq, səfalət yeri idi. Orada qız övladı olan ata-analar qüssələnər, məyus olardılar. Çünki, qızı, qadını insan yerinə qoyan yox idi.

İndi sovet quruluşu bu kəndi çil-çıraqban, abad, varlı və xoşbəxt həyat yoluna salmışdır. İndi bu kənd böyük Azərbaycan şairi Füzulinin adını daşıyır, həm də ləyaqətlə daşıyır. Axşamüstü, işdən sonra istirahətə, gəzməyə çıxan, kolxoz parkında qol-qola verib kolxoz mahnısı oxuyan oğlan və qızların xoş səsini eşidənlərə ləzzət verir. Burada döşü 234 ordenli və medallı cavanlar, kolxoz əməyi ilə varlanan və şöhrət tapan cavanlar çoxdur.

İndi Sədaqəti görən anaların ürəyindən bir arzu keçir:

– Təki mənim də belə bir qızım olaydı. Qəhrəman qız qəhrəman oğuldan əskik deyil!

Komsomolçu Sədaqət doğrudan da qəhrəmanlar nəslindən, komsomol nəslindəndir. Bu nəslə məğlubiyyət yoxdur, çünki bu nəsli Lenin-Stalin partiyası böyütmüşdür!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 min
Bağa getmişdim

Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

4 min
Bizim quşlar

İnsan istər ki, özünün müəyyən nailiyyətini dostu, əzizi ilə bölüşdürsün. Bağban tanımıram ki, məhsulunu tək yesin, xanəndə tanımıram ki, tək otaqda oxusun. İnsanın insanlığı insanlar arasında, el içindədir. Cəmiyyətdən kənar insan olmaq qeyri-mümkündür.Ovçu dostum bir gün halla-halla ilə qapıdan girdi. Uzun, yaşıl qəfəsdə mənə bir cüt quş hədiyyə gətirmişdi:

19673 min
Bizim mühəndis

Bakıda yay bərk olanda istidən aman istəmə. İyul günəşi, deyəsən göylərin yeddi qatından enib aşağıda dayanır. Neft üstünə od tökür, yeri-göyü qaynatmağa qəsd eləyir. Ağır bürkü havanı bürüyür.Maşınlar, qoşqular, piyadalar başa çətir tutub qızışmış küçələrdən, daş-divar, dəmir-beton arasından tez keçməyə, sərin yer tapıb, daldalanmağa can atırlar.

19672 min

Poems by other poets