Page 3 of 4 · 50%

Snayperin məhv olduğunu güman edən düşmən zabitləri qorxudan xilas olmuş kimi, əl-qol açıb komanda verməyə başladılar. İlyas dirsəyini yerə verib silahına "Qoyma!" deyəndə, çürük alça ağacından tökülən kimi, düşmən zabitləri bir-bir böyür-böyürə yıxıldılar. İlyas serjantları da dənlədi. Özlərini başsız görən fin əsgərləri qayıdıb meşəyə təpildilər. Bu vuruşmada İlyas 35 güllə ilə 11 fin zabitini və serjantını məhv etmişdi.

Düşmən indi ayrı hiylə düşünmüşdü. O "kukuşka" deyilən snayperlərini uca ağacların başına dırmaşdırır, oradan bizim komissar və komandirlərimizi nişana qoydururdu. İlyas kukuşkaları məhv etmək əmrini alıb vzvod komandiri ilə bərabər irəli yeridi. Onlar münasib mövqe seçib otun içinə yıxıldılar. Düşmən onları gülləyə basdı. İlyasın şinelinin qolundan güllə dəydi. Dərhal qəhrəmanlar yerlərini dəyişdilər. İlyas otlar arasından baxıb ağac başındakı "qarğaları" bəllədi, atəş açmağa icazə istədi. İlyasın tüfəngi dillənəndə ağaclardan tappıltı ilə yerə düşən fin snayperləri gah səssiz, gah da nalə çəkib ölürdülər. İlyas "kukuşkaları" dənləyirdi, qızıl əsgərlər isə meşədən çıxıb, sovet torpağına tərəf boylanan fin əsgərlərini məhv edirdilər. Düşmən qızıl döyüşçülərin zərbəsinə davam gətirmədi, var-yoxunu qoyub qaçdı. Əsgərlər qənimətləri yığışdıranda İlyas komandirə dedi: "Yoldaş komandir, əmr edin, o patronlardan mənə versinlər. Düşməni öz patronu ilə qırmağın ayrı hüsnü var."

Komandir İlyasın xahişini yerinə yetirdi.

Batalyon komissarı Taran İlyasın yanına gəlib onun əlini sıxır, döyüş meydanında göstərdiyi rəşadətə görə ona təşəkkür edir və düşmən üzərində son qələbə əldə edilənə qədər daha bir çox hücumlardan, imtahanlardan çıxmaq lazım gələcəyini söyləyirdi. Döyüş meydanı, nə qədər qanlı və müdhiş hadisələr məkanı olsa da, insan həyatı üçün nə qədər təhlükəli olsa da, yenə çox qəribə yerdir. İlyas bu meydana girəndə tarlada, pambıq işində, məktəbdə, dərsdə, komsomollar arasında, bağda-bağçada olduğu kimi, özünü rahat, arxayın, şən hiss edir, ona elə gəlir ki, buradakı vuruşma deyil, adi bir dövlət tapşırığıdır. Bu işi tez görmək lazımdır. İlyas həmişə bu tapşırığı axıra qədər yerinə yetirəcə772 yinə əmindir.

Bir dəfə İlyasın serjant yoldaşı döyüşə çıxanda əsgərlərindən birinə belə tapşırdı: "Mən ölsəm, dəstənin komandirliyini sən aparacaqsan!" İlyas bunu eşitdikdə zarafata saldı: "Ölüm nədi, əşi, ölməli o qədər həşərat var ki, görmürsən sürü ilə tökülüşüb gəlirlər. Biz ölməyə gəlməmişik, öldürməyə gəlmişik!"

Bu inam İlyasın təbiətindədir. O, bəzən şiddətli atışma vaxtı ayağa qalxıb yerini dəyişir. Komandir ona acıqlanır ki: "Yoxsa, gülləni sapand daşı sayırsan? O, qəhrəman-zad tanımaz. Qorunmaq özü döyüşün ilk şərtidir!"

İlyas komandirə söz qaytarmaz:

– Baş üstə, - deyir, - yoldaş komandir, qorunmaq döyüş şərtidir. Ancaq sərxoş adamın gülləsi mənə dəyməz.

Hissələrimiz sərhədi qorumaqda, mövqelərini möhkəmləndirməkdə davam edirdilər. Zərbələrdən başı gicəllənmiş düşmən sıx meşələrin harasında isə burnu ilə yer eşərək, sovet sərhədində keçid üçün asan, müdafiəsiz yer axtarırdı. İlyas bu axşam səngərindəcə, kağızı tüfənginin qundağı üstünə qoyaraq evlərinə məktub yazırdı. O bilirdi ki, qardaşı nigarandır. Bilirdi ki, Ballı, gənc sevgilisi, səmimi kənd qızının ürəyi bir tikədir, o, dünyanın qarışdığını, qanlı vuruşmaları eşidib İlyas üçün narahat olacaqdır. İlyas çoxdan bəri süngü ilə əvəz etdiyi, bir az da yadırğadığı qələmi barmaqları arasında bərk sıxaraq, sərin şimal axşamının, başlanmaqda olan ağ gecənin alatoran işığında yazırdı. Yazırdı ki: "Ballı, əzizim, bilirəm, intizar çəkirsən. Nahaq! Mən döyüşdəyəm. Torpağımıza soxulan donuzları məhv edirəm. Kefim sazdır. Hissəmiz öz mövqeyində möhkəmdir. Arxayın ol, ölüncəyə qədər vətən torpağım qoruyacağam... Ötən gün bir döyüşdən çıxdıq ki, yazan olsa, böyük bir kitab olar. Vaxt tapanda müfəssəl danışaram. Hələlik, sağ olun! Qohumlara, dostlara salam de! Mənə tez-tez məktub yaz!"

İlyasdan məsafəcə çox uzaqlarda, Ağdaş rayonunun bir kəndində, klubun mədəni-kütləvi işləri ilə məşğul olan Ballı doğrudan da, İlyas üçün narahat idi. Nə qədər ki əsgərlikdə idi, Ballı onun arxada, təhlükəsiz yerlərdə olduğunu bilib təsəlli tapır, bu gün-sabah məzuniyyətə gələcəyinə ümid edib, onu layiqincə qarşılamağa hazırlaşırdı.

Alman faşistlərinin fitnəsi başlanandan sonra Ballı İlyasın döyüşə getdiyini yəqin etdi, xəyalında dedi: "O durmaz! O, bir saat da dözməz! Qabağa yeriyəcək!"

Hələ bir dəfə də onu yuxuda, qızıl səhər çağında, şəfəqlər qabağında dayanan, gülümsəyən, Ballıya baxıb vidalaşan görmüşdü. Bu da narahatlığını artırmışdı.

Vətən müharibəsi başlanandan iyirmi gün sonra İlyasdan aldığı məktub Ballının ürəyini sakit elədi. O, sevgilisinin səsini sanki, öz qulağı ilə eşitdi. Onu ev-eşiyində, müəllimliyində, lap öz yanında hiss etdi. Məhəbbətin, deyirlər, tükənməz bir qüdrəti var. Bu qüdrət həmişə Ballının işində görünür. O kənddə nəki maarif, mədəniyyət tədbirləri varsa, hamısında İlyasın adını çəkirlər. Ballı o quzu kimi mülayim və şən uşaqları görəndə öz sevgilisini xatırlayır. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışdılar. Məktəbdə səs salıb ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Kimi meyvə gətirir, kimi səliqə ilə yazdığı dəftərini, kimi təzəcə yazdığı şeiri göndərmək istəyirdi. Çoxları da yüngül olsun deyə, İlyasa tikməli ipək yaylıqlar hazırlamışdılar...

Bir gün səhər tezdən Ballı kluba gedirdi. Kəndin başında ağzını camaata tutub danışan radiodan nə isə eşitdi, yerindəcə xırp dayandı. Yuxu idimi, xəyal idimi, xəbər idimi? Yox, odur, özüdür. Həqiqəti danışır. Radiolar Sovet Məlumat Bürosunun məlumatını verirdilər. İlyasdan danışırdılar. İsmayılov İlyasdan, əsgər İlyasdan, Azərbaycan oğlundan danışırdılar. Ballı əziz yoldaşının qəhrəmanlığını, hünərini, Sovet hökumətinin ona olan qayğısını, İlyasın Lenin ordeni ilə təltif edilməsini eşidəndə sevincindən yeriyə bilmədi, danışa bilmədi. Nə etmək lazım idi? Kimə xəbər vermək, necə xəbər vermək? Ballı kluba sarı yüyürmək istəyirdi ki, kəlağayılarını yellədərək ötən kənd qızları onu qabaqladılar:

– Gözün aydın, Ballı, İlyas qəhrəman olub!

– Başacan olsun, ay qız, yoldaşına Lenin nişanı veriblər!

– O igid yaşasın ki, faşistləri qırıb tökür!

– Kolxoz bilirmi? Məktəbin xəbəri varmı?

Ballı onu qarşılayanlara cavab verməyə, təşəkkür etməyə söz də tapmırdı. Deyirdilər, kolxoz heyəti İlyasın şərəfinə məktəbdə bir şənlik gecəsi düzəldir. Guya bütün salamabadlılar öz yetirmələrinə məktub düzəldəcəklər.

Ballı öz-özünə "El məndən qabağa düşsə, ayıb olar" deyib, haman axşam masanın dalısında əyləşdi, sevgilisinə müfəssəl bir məktub yazmağa başladı. Ürəyini oynadan bütün sevinci, fərəhi ifadə etməyə söz axtardı. Neçə-neçə şeirdən, bayatıdan parçalar xatırladı. İlyasın qəhrəmanlıq xəbərini necə eşitmişdisə, başdan-ayağa kağızda nağıl elədi. Axırda da üzr istədi: "Bilirəm, - dedi, - sənin uzun kağız oxumağa vaxtın yoxdur. Nə edim! Bu gün mənim sinəm dolmuşdu. Bunları sənə deməyim, kimə deyim? Bunları yazıram, elə bilirəm qabaq-qabağa oturmuşam, səninlə söhbət edirəm. Döşündə Lenin nişanı görürəm. Əzizim, qəhrəman yoldaşım, başımı uca elədin. Sevincimi necə deyim! Özün bilməmiş deyilsən!"

Lenin ordenini və hökumətin fərmanını İlyasa səngərdə verdilər. Həmin gün partiya təşkilatı, komsomolun yetirdiyi qızıl snayperi öz sıralarına qəbul etdi. Bu qayğı və etirama nail olandan sonra İlyasın həvəsi birə-min artdı. O, komissarın qarşısında əsgəri salam vəziyyəti alıb coşqun və titrək bir səslə, sanki, hərbi andı təkrar edərək deyirdi: "Yoldaş komissar, mən partiyanın oğluyam, canım, qanım vətənin və Stalinindir! Mən ən təhlükəli meydanlara getməyə hazıram, hökumətimizin ata qayğıkeşliyi məni ömrüm boyu borclu edir. Mən müqəddəs vəzifəmə and içirəm ki, etimadınızı doğruldacağam!"

Cəbhə şəraitində hər şey, dəqiqə və saniyə ilə ölçülür. İyirmi dəqiqə bundan əvvəl halay vurub İlyasın andını dinləyən igidlərkomandirlər, komissarlar, əsgərlər, bu dəqiqədə od-alov içində atışmada idilər. Düşmənin təyyarələri, tanklarla yanaşı irəliləyən dəstələri, hissələrimizin arxasına keçməyə, onları mühasirəyə almağa çalışırdı. Hər qızıl əsgər bir aslana dönmüş, əjdaha kimi hücum çəkib gələn düşmən maşınlarına köksünü gərmişdi. Bombalar, yanğın materialı və sadəcə güllə ilə sıradan çıxarılan düşmən tanklarının sayı hər dəqiqə artırdı. Lakin düşmən qırğından daha da susayır, qudurur, yeni-yeni hissələrlə irəli soxulmağa can atırdı. İlyas bu dəqiqələrdə hər faşisti yox, komanda verən, qabaqcılltq edənləri bir-bir aşırırdı. Onu vzvod komandirinə müavin qoydular. O, hissənin çəkilməsini təmin üçün düşmənin qabağını saxlamağı öhdəsinə götürmüşdü. Axıra qədər vuruşdu. Öz vzvodundan itki vermədən döyüş tapşırıqlarını yerinə yetirdi.

Avqustun 25-də, müdafiə vuruşmalarından birində İlyasın lap qabağında yerə düşən top gülləsi parçalandı. Toz, duman çəkilib aralıq aydınlaşanda şəfqət bacılarından birinin yüyürdüyünü gördülər. İlyas əvvəlcə ətrafında kiminsə yaralandığını güman edib baxındı. Şəfqət bacısı onun üzünə heyrətlə baxıb deyirdi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şəxsi məsələ

Böyük insana, insanpərvərə – Stalin*1

194030 min
Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 min
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 min
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 min

Poems by other poets