Avropanın nə vecinə
Avropanın nə vecinəQarabağda axır qanlar.Qədim Qazax torpağındaQəsb olunub gülüstanlar.Naxçıvanın dərdləriniNaxçıvanı görən anlar.
Avropanın nə vecinə:Azərbaycan torpağındaSusmaq bilməyir tufanlar.Yurd uğrunda qurban gedirİgid murazlı cavanlar.
Avropanın nə vecinə:Bu şairlər torpağını,Aranını, yaylağınıBürüyübdür qəbristanlar.
Avropanın nə vecinə:Öldürən kim, ölən kimdir?Ağlayan kim, gülən kimdir?Biri gəlir, biri gedir,Hərə bizə bir vəd edir...Biz qalmışıq dərd içindəDərdimizi bilən kimdir?
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-avropanin-ne-vecine
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq ilə doluya nə şərab, nə su,Onu tərk eyləməz şənlik duyğusu.
Qarı ağac becərirAğac becərir qarı,Nə boyunu görəcək,
Aşiqə şərabla məstlik nə gərəkAşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
Şitil kök atmasa torpağa əgərŞitil kök atmasa torpağa əgər,Ha su ver, gübrə ver, sanma göyərər.