Dağ kimi görünür səhrada təpə
Dağ kimi görünür səhrada təpə,Bağ kimi görünür çöldə “tək ağac”,Çiçəklər çəməndə vururlar ləpə,“Bir çəngə ot ilə” quru bir yamacGözlərə çəmən tək görünür hərdən.Çox insafsızlar da görmüşük bəzənSinəsi çeşməli “dağ” olan yerdə,Hey dağ yoxluğundan söhbət açırlar.Meyvəsi rəng-rəng “bağ” olan yerdə,Bağlardan gözləri bağlı keçirlər.Tapdayıb gülləri, gülüstanları,Gül üçün yamaca, çölə qaçırlar.Yaranan dağ kimi istedadlarıAlçaq təpələrdən sanma, seçirlər.Onların yanından həm yan keçirlər.Bəlkə bu vicdanı korlar ucundanAqillər dünyadan dərdli köçürlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-dag-kimi-gorunur-sehrada-tepe
Use ← → keys to move, R for a random poem