Mən əsil qadınam,Çünki mənimçünVüqarlı bir kişi ürəyi hər anDöyündü aşikar,Döyündü pünhan.Gözündən mən uzaq olsaydım bir an,O, elə kədərli, qəmgin olardı,Sanki dağ başını duman alardı.O, mənə ilahi bir varlıq kimiBaxıb ürəyimi fəth eyləmişdi,“Sənsiz zindan olar dünyam”, demişdi.Könlümü gözümdən duyardı o yar,Mən də bəxtiyardım, o da bəxtiyar.Ey ər ürəyini fəth edən qadın!Ər qeyrəti ilə yüksəlir adın.Qeyrətli kişiylə,Əsil qadınlaYaşamaq özü də bir səadətdir.Kişi məhəbbəti –Ər ehtiramıBiz qadınlar üçünƏsil şöhrətdir.Qeyrətli atanın,Sadiq ananın əl-ələ veribNamuslu övladlar böyütməsi dəBir səadətdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets