Məhəbbət karvanım
Məhəbbət karvanım uzağa getdi,Ha qaçım, dalınca çata bilmərəm.Gənclik gülşənimdə tikanlar bitdi,Mən gülü tikana qata bilmərəm.
Qaldı nə varsa da xatirələrdə,O şirin xəyal da, acı kədər də.Əlim o günlərə çatarmı bir də?O dəryaya lövbər ata bilmərəm.
Ömrün soyuyanda abı-havasıTarmar olarmış könül dünyası.Parlayır dövrəmdə günəş şüası,Mən o şüaları tuta bilmərəm.
Bənzərəm cücərən payız otuna,Gözü yağış dolu yaz buludunaSaldı fələk məni hicran oduna,Dərdi dərd verənə sata bilmərəm.Məhəbbət karvanı uzağa getdiHa qaçım, dalınca çata bilmərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-mehebbet-karvanim
Use ← → keys to move, R for a random poem