Cahillər məclisinəBir gün bir alim düşdü,Pulun hökmüranlığın,İnsanın nadanlığınO, belə görməmişdi:Bu məclisi quranlar,Məclisdə oturanlar,

Biri dövlətdən dedi,Dediyini qanmadı.Biri millətdən dedi,Millətdən utanmadı.Biri sərvətdən dedi,Nələr sadalanmadı...Məclis “natiq”lə doldu,Danışmayan, dinməyən,Susan bir alim oldu.Yemişdilər elə bilBu cahillər “dilotu”,Yarısərxoş bir lotuDedi: – Dillən, ay alim,Ağzından dürr tökülsün,Alim sözü eşitsinBir az üzümüz gülsün:O, məclisə göz vurub,Sonra qəh-qəhlə güldü...Dedi: – Dillən, də bəsdi,Ürəyimiz söküldü.Alim dedi təmkinlə:– Sən məni yaxşı dinlə,Bu söhbətlər məclisdəƏgər gəlirsə xoşa,Məni düşməzsiz başa...O məclisi tərk edib,Dərhal evə qayıtdı,Üzü üstündə yatdı.Millət dərdi kişiniHönkür-hönkür ağlatdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice