Başlarda şöhrət havası,Prezidentlik davası...Ali mənsəb ideyası...Dağılır elin yuvası.

Xalqın birliyini pozan,Get, döyüşdə şöhrət qazan.

Bu taxt sənət taxtı deyilKi, olsun ömrü yüz min il.Sən xalq! deyib ötmə dil-dil,Ey gündə bir böhtan yazan!...Get, Qarabağ döyüşündəŞöhrət qazan!

“Əlif”ə “Bey” deməyən də,İş bilən də, bilməyən də,Elə deyir, mən də!.. mən də!..Seçilməsəm düşəcək qan.Hərə verir bir cür fərman.

Yazıq Millət!Fağır Millət!Çəkmisən, çəkirsən zillət!Öz sahibin gələr əlbət!Bu bəd əməlləri pozar,Tarixinə şöhrət yazar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland