Ordan-burdan 119

“Molla Nəsrəddin”Dövlət dumasını bağladılar...

Uzeyir Hajibeyov1 min
O olmasın, bu olsun

Əfradi-əhli-məclisİŞTİRAK EDİRLƏR

Uzeyir Hajibeyov19181 min
Əsli və Kərəm

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR

Uzeyir Hajibeyov19121 min
İkinci məclis

(Yenə vaqe olur həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub, şüştər oxuyur.)*Söhrab**

Uzeyir Hajibeyov3 min
Dördüncü məclis

(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**

Uzeyir Hajibeyov3 min
Dördüncü pərdə

Yenə Əmirin sarayında vaqe olur. Əmir, yanında vəzir və əyanlar taxt üstündə əyləşibdir. Qabağında qızlar rəqs edirlər. Bədə rəqs tamam olur.*Əmir** (qızlara)

Uzeyir Hajibeyov5 min
Bir firəng ilə söhbətim

Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?

Uzeyir Hajibeyov2 min
Hara qaçacaqlar?

Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”

Uzeyir Hajibeyov2 min
Söhbət

İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:

Uzeyir Hajibeyov3 min
Ayrı söhbət

Məşədi Dadaş**. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?Kəblə Qasım**. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.

Uzeyir Hajibeyov1 min
Kələkbazlar

Mirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.Bədnamülməmalik**. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?

Uzeyir Hajibeyov3 min
Hökumət və Duma

Bir pərdəli komediya*Hökumət** (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə səni çağırdım, yığdım Peterburqa, yaxşı elədimmi?

Uzeyir Hajibeyov3 min
Dumanın halı

Bu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək hələ çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ işğal eləməyibdir.Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsaz bir heyət təşkil edəcəklərinə əmin idilər; onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər; lakin, baş vəzir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəməyir.

Uzeyir Hajibeyov3 min
Qalmaqal

Əvvəlinci məclisTürkiyə** (sair dövlətlərə). Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makidoniyanın rahatlığını istəmirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm.

Uzeyir Hajibeyov1 min
Gələcək Avropa konfransı

MüqəddiməBir gecə Molla Nəsrəddin yatmışdı, evinin qabağında böyük bir dava düşdü. Arvadı Mollanı oyatdı ki, gör o nə davadır. Molla durub yorğana büründü və qapının ağzına çıxdı. Dava edənlər Mollanı görüb, yorğanı onun əlindən qapdılar və qaçdılar. Haman dəm, dava sakit oldu. Molla otağa qayıtdıqda arvadı soruşdu ki, dava nə üstə idi?

Uzeyir Hajibeyov3 min
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardır

Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.

Uzeyir Hajibeyov4 min
"Tərcüman"ı oxuyanda

Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcəksən ki, çox da yaxşı olar.Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 10

İran ixtişaşına dairƏmir Bahadırı-Cəng və Şeyx Fəzlullah.

Uzeyir Hajibeyov4 min
Ordan-burdan 13

İrana dair– Kəlbəlayı Səfi, Allah kisəni boş eləməsin, əlini cibinə sal, beşon şahı da sən ver, Təbriz əhlinə göndərək.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 16

QanlılıqDanabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur.

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 27

Sokrat təriqilə siyasi söhbətB – Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər?!

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 34

S u a l – Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü yerli dibli olmaya?C a v a b – Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin “cəmiyyəti xeyriyyələri”nin adları var, amma özlərindən heç bir əsər yoxdur.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 43

Zemstvo məsələsiZemstvo məsələsinin (qoy urusca deyim) – “vajnılığını” biz hələ başa düşmürük. Axı bir baş ki onun içi təkfir, təlin, fitnə-fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola – o başdan nə ummaq?

Uzeyir Hajibeyov3 min
Oyan-buyan 5

A balam, sən nə üçün ağlayırsan? dərs kitablarından Sənə nə olub, sənə nə olub?*Sənə nə olub, ağlarsan?*

Uzeyir Hajibeyov2 min
Şeyxülislam həzrətləri və maarif

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

Uzeyir Hajibeyov3 min
Zemstvo haqqında

Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 50

Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 59

Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.

Uzeyir Hajibeyov1 min
Ordan-burdan 61

Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..

Uzeyir Hajibeyov1 min
Ordan-burdan 69

“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

Uzeyir Hajibeyov1 min