Skip to content
Kitabxana◆AZCatalogue
PoetsWritersPlaywrightsPhilosophersWorksGhazalsProseLiterature treeRandomContribute
Baku  ◆  Treasury of Azerbaijani literature

Mirvarid Dilbazi · Prose

← All authors

PoetryProseDramaEssay
GhazalMasnaviRubaiQasidaMurabbaOther
Up to 5 min5–15 min15–60 minOver an hour
MixedBy yearA–Z
  • Love
  • Divine love
  • Separation
  • Wine and the tavern
  • Nature and spring
  • Fate
  • Death
  • Wisdom and advice
  • Homeland
  • Praise
  • Satire
  • Lament
All themes →

Biz od üstündə doğulduq

Mən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.Lakin milli dərdlərimiz daha böyük olub. Müsavat hökumətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, 20-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edib.

Mirvarid Dilbazi19984 min
Kitabxana◆AZ

Azerbaijani literature, philosophy, and culture

AboutContributeContactAccessibilityPrivacy