Ey altun şəfəqli bəxtiyar odaDe nurlu qoynunda sənin kim yaşar?Ellər dolaşarkən açıq havada,Səni Dilbərinmi nəfəsi oxşar?!Nə olaydı bu dəm bir quş olaydım,Sənin pəncərənə qonmuş olaydım.Gözümü hüsnündən çəkə bilmirəmDe, niyə salmısan məni bu hala?!Sənsiz sevinmirəm, sənsiz gülmürəmQəlbim elə coşur, derəm nə ola:Dönüb divarında bir daş olaydım.Əbədi səninlə sirdaş olaydım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets