Könlüm ova çıxarkən gənclik iqlimlərində,Əllərimdə sıxıldı bir qaç nazlı göyərçin.Öylə bir şəfqət hissi oyatdılar ki, məndəO quşların halına sızladım için-için.

Oxşadıqca oxşadım, incitmədim onları,Yumşaq qanadlarında buraxmadım bir ləkə.Sovrularkən ətrafa qışın qarı, ruzgarı,Bağrımın başı oldu onlara isti ölkə.

Bir gün göyərçinlərim qanadlanıb uçdular,Əvət, o quşlar bütün oxşadığım əllərdiKi, hamsı qəlbim kimi köksümdə titrəşərdi.

Yalnız onların biri hənuz xatırımda var,Öylə ki, əllərimlə sinəmdə oxşanarkənSaplamışdı ruhuma dırnaq ilə bir tikən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets