Afitabın tələtindən mahi-taban ru tutar,Çini-zülfündən Xətada nafeyi-ahu tutar.

Bilmənəm hurimisən, yoxsa məlaik, ya pəri,Kim ki gördü ay üzün şərməndə oldu, xu tutar.

Bər-kənari-çeşmimə basğıl qədəm, ey sərvinaz,Sərvə adətdir ki, məskən bər-kənari-cu tutar.

Görmüşəm, həm qanda kim, aslan qılır ahu şikar,Mən əcaib qalmışam, aslanları ahu tutar.

Çeşmimə dedim fərağından anın çox ağlama,Nagəhan tufan qopar, mülki-cahanı su tutar.

Mərg aman versə, əlindən qoyma dilbər damənin,Tutmasan, bilgil, əcəl ol xud səni niku tutar.

Qeyrət iltürmən ki, hindu bərgi-nəsrin yastanur,Xublara adət nədən, lələ müdam hindu tutar.

Müshəf açdım, falıma gəldi camalın ayəti,Əhli-tövhidin kəlamı falımı niku tutar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ləblərinin şərbətindən bir qədəh sun, saqiya,Ləlini içdi Nəsimi, hər zaman bir ku tutar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love