Afərin olsun nigarın zülfü ilə qaşinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Afərin olsun nigarın zülfü ilə qaşinə,Gər macal bulsam həbibin çövriləydim başinə.
Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil,İrmədi mənzilinə, kim baxmadı yoldaşinə.
Kə’bənin ehramına irməz hacının dəgməsi,Çizginir dər girdinə, sürtər üzünü daşinə.
Şol rəqibi görə idim çah içində bir kərə,Gilliyəydim başına şol səd həzaran daş yenə.
Ey rəqib, bir yerdə ölgil ki, bulunmaz aşü su,Qarğavü quzğun yığılsın leşinə, hey leşinə.
Buduna çıxsın ufalar, gözünə həm qara su,Tutulsun dilü qulağın, bir neçə daş dişinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,Müddəilər qalib oldu, hazır olgil başinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-aferin-olsun-nigarin-zulfu-ile-qasine
Use ← → keys to move, R for a random poem
More by this author
Yarımı ayırdı məndən çərxi-qəddar, iştə gör!Ürəyim pas oldu qəmdən, gəl içim yar, iştə gör!
Zühur eylədi cümlə əşyada həqZühur eylədi cümlə əşyada həq,Qanı bir bəsirətli, açıqnəzər.
Zülfün girehləri, sənəma, həlqə-həlqə tabZülfün girehləri, sənəma, həlqə-həlqə tab,Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Zülfün gecəsi qədrdürür, al yanağın ayZülfün gecəsi qədrdürür, al yanağın ay,Merac üzün, sidrə boyun, qaşın iki yay.