Cahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.

Ləbin qatında ki, andan utandı abi-həyat,Şəkər sözün nə deyim, çün mükərrər olmuşdur.

Dua ilən nə diləyim səninçün həqdən kim,Iki cahan sana həqdən müyəssər olmuşdur.

Kimin ki, könlü dilədi ayağını öpmək,Başını oynamaq ana müqərrər olmuşdur.

Nəsibimi necə sə’y ilə artırım, çünkim,Əzəldə nəhnü qəsəmna müqəddər olmuşdur.

Səhər yeli əsəli sünbülün diyarından,Məşami-əhli-məhəbbət müəttər olmuşdur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimi, ey şəhi-xuban, camalını görəli,Gözündə surəti-rəhman müsəvvər olmuşdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love