Həbiba, firqətin saldı məlalə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Həbiba, firqətin saldı məlalə,Kabab oldu ürəgim həmçü lalə.
Nəsib olmuş mənə həqdən, nigara,Dilimdə gecə-gündüz ahü nalə.
Qaşın mehrabinə qıldım sücudi,Vəli münkir olan düşdü zəlalə.
Rəqibin olmasın məqsudu hasil,Əliftək qəddimi ol saldı dalə.
Boyun tuba, ləbindir abi-kövsər,Yüzün tə’nə qılır şəmsü hilalə.
Mən ol qəvvas təki can tərkin etdim,Sənin çöhrəndəki ol xəttü xalə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yer ilə göy bina olmazdan əqdəmNəsimi aşiq idi ol cəmalə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-hebiba-firqetin-saldi-melale
Use ← → keys to move, R for a random poem