Getmege əzm eyləmişsən, ey dilaram, eyləmə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə!Həsbətənlillah, məni bisəbrü aram eyləmə!
Daneyi-mişkin xalın könlümü çün seyd eylədi,Bu tutulmuş seydə, şahim, zülfünü dam eyləmə!
Sünbülü bərgi-gül üzrə, ey pəri, dağıtma kim,Bunca könlü yanmışın sevdasını xam eyləmə!
Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın,Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!
Rindü qəllaşəm, mənə zahid demə, ey müttəqi,Laübali aşiqi aləmdə bədnam eyləmə!
Eşqini tərk etmək istər könlüm, amma çin degil,Ya ilahi, kimsəyi sən bisərəncam eyləmə!
Maqta — the closing couplet bearing the poet’s pen name. Çeşmeyi-lə’lin suyundan bir qədəh sun, saqiya,İştiyaqından Nəsimi gözlərin cam eyləmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-getmege-ezm-eylemissen-ey-dilaram-eyleme
Use ← → keys to move, R for a random poem
More by this author
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Götür niqabını xəlqə görün, ey şəmsü qəmərGötür niqabını xəlqə görün, ey şəmsü qəmər,Görüb utana ləbindən nabatü şəhdü şəkər.
Güli-tərdən gülicək, arizinə ma tökülürGüli-tərdən gülicək, arizinə ma’ tökülür,Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Gülşəni-firdövs edər can bağrını vəsli-həbibGülşəni-firdövs edər can bağrını vəsli-həbib,Atəşi-duzəx qılır həm möhnəti-cövri-rəqib.
Poems by other poets · Love
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.