Vəchində peydadır sənin ənvari-zati-kibriya
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,Fərhadivar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh,Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.
Maqta — the closing couplet bearing the poet’s pen name. Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil,Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-vechinde-peydadir-senin-envari-zati-kibriya
Use ← → keys to move, R for a random poem
More by this author
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Neylərəm mən bunda durub, çünki dildar andadırNeylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Nə süni-paki-yəzdansan, a dilbərNə sün’i-paki-yəzdansan, a dilbər?Müsəvvərsən, müənbərsən, münəvvər!
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canımNigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.