Əya Nəvvab, valayi-süxəndan,Yetişdi naməniz dilşad oldum.Qəmü dərdim firavan idi, ammaBehəmdüllah genun azad oldu.

Sərasər şeiriniz öz ruyi-hikmət,Qamu məzmunları mehrü məhəbbət,Möhübbə rəhmətü ədvanə zillət,Bu şirin ləhcəyə mötad oldum.

Sizə lütfi-xuda olsun müraqib,Əta qılsun dəxi əla məratib.Yetə bədxahə gər, əşhabi-saqib,Xərab olsam da gər, abad oldum.

Qəmi-əyyamidən çox natəvanəm,Əliləm, naxoşam, afsordə canəm,Bu tətildən özüm də bədgümanəm.Məgər kuhi-qəmə Fərhad oldum.

Unutma sən duadan Natəvanı,Əlilü naxoşu əfsordə canı,Cənabında səva yoxdur gümanı,Əgər yaddan çıxam bərbad oldum

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets