Səma mənim, dünya mənim,Dünya boyda dərya mənim!Tüğyan etmə bu qədər sən,Zərif mehdən titrəyərsən.

Mən dəryada doğulmuşam.Dalğalarla bir olmuşam.Oynadacaq səni külək,Ağ köpüyə çevirəcək.

Qəzəbli fırtınaTutub aləmi.Dalğadan dalğayaAdlayır gəmi.Sükançının mətin səsiXoş nəğmə kimi!

Dəli fırtınanıSusdurur sözü,Mehriban səsi,Bir də gəmisi.

Ağappaq köpüklərHalqa halqadır.İndi gəmi özüBəyaz dalğadır.Balıqlar oynaşır,Rəngbərəng, xallı…Fırtına güclüdür,İnsan ağıllı?

15 iyul 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets