Dərman və fərman
Görən necə dözürBuna bədənim?Günlərim ah iləAmana dönür.Bədənimin çoxuDərmandır mənimMaaşın hamısıDərmana dönür.
Həkim: — Laxtalanıb,Təmizlə qanı.Bal kimi içirəmAcı dərmanı.
İçirəm nə olsun?Ürək ağrıyır,Ayaqlar ağrıyırBöyrək ağrıyır.
Vaxt vardı çağlayanÜmmandım, çaydım.Çıxdığım dağlaraBir də çıxaydım.
Köçən tək sahildəSevimli bağa,Obaşdan qaçardımBalıq tutmağa.
İndi heç bilmirəmNədəndir bu sirr,Övladlar NabranıDaha çox sevir.
Atamız tənhadır,Qoy tənha qalsın.Ümidi tək bircəAllaha qalsın.
Nə pulu vardısaTamam soymuşuq,Ata sevgisindənDaha doymuşuq.
Nolsun, bir gün toxdurBir gün də acdırƏlacsız xəstəyəAclıq əlacdır.
Çox ölkələr gəzdimDərd çəkə-çəkə.Allahın adıylaYaşadım, bəlkə.
Həkimə inam yox,Dərmana inam.Yox ömür yoldaşım,Yox doğma anam.Halallaşıb sabahYola düşərdim.Əbədi dünyayaRahat köçərdim!
Nə suyum, çörəyim,Dərmanım olsun.Tək alın yazısıFərmanım olsun.
10 avqust 2004
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-derman-ve-ferman
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşk Səfili, dəli könül, qayna soğulma,Maç urud dəryaya taşmax yaxşidur,
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardurXoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.
Bacıoğlunun dayıya ərizəsiAy dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,