— Niyə susdun ay qələmim,Mən susuram, sən susursan.— Gəlir dərdin, gəlir qəminSən yazmağı unudursan.— Şair, sirri özündə gör,Alov yoxsa, necə yanam?— Susmağı da sözündə gör,Mən ki sənə tərcümanam.— Ləngəri var ağ yelkəninQarşısında tufan çoxmu?— Ağır keçir günün səninSahil üçün güman yoxmu?— Arzum ömrün sahilidir,Yazmaq üçün qəlbim, əmin.— Axı yazmaq təsəllidir,Yorulmasın qoy qələmin!— Göylər parlar çilçıraqlaYansın qəlbdə ulduz-çıraq.— Sən ilhama könül bağlaOnda ömür uzanacaq.

30 iyun 2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets