Dünən
(Nəğmə)
Dünən necə görüşdü?Ürəyə çınqı düşdü.O mehriban gülüşdü,Yoxsa ilahi paydı?Dünən — bu gün olaydı!
İsindim nur selindən,Öpdüm zərif telindən.Tutdum günəş əlindən,Bu günəş, yoxsa aydı?Dünən — bu gün olaydı!
Nə gündüz, nə gecəydi,Göylər yerlərə dəydi.Bu necə möcüzəydi?Evim nurlu saraydı,Dünən — bu gün olaydı!
Qəlbdən nəğmə yüksəlsin,Ah-amanlar kəsilsin.Elə bir sabah gəlsin.Deyim dünənə taydır.Dünən — sabah olaydı!
16 aprel 1990
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dunen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
TəbimAxı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?