Dünya necə dünyadır?
Kimdə arzu sonsuzdur,Kimdə arzu ilğımı.Kimə bahar əbədi,Kiməsə qış iqlimi.Kimdə ümid atəşi,Kimdə ümid zərrəsi,Kimdə inam günəşi,Kimdə inam şöləsi.Kimisi şərbət içir,Kimisi zəhər udur.Kimə milyon da azdır,Kiməsə min də çoxdur.Kim nəfsinin nökəri —Kasıbların ağası,Kimin yası dünəndi,Kimin bu gündür yası.Kimsə altun sarayda,Kimsə uçuq daxmada.Kimin gözü doymayır,Kimə bəsdir loxma da.Kimdə tülkü hiyləsi,Kimdə aslan qüvvəsi,Tülküyə rütbə düşür,Aslana qurd qəfəsi.Kimdə ədalət sözü,Kimdə ədalət özü.Dünya necə dünyadır?Kimə günəşli gündüz,Kimə gecə dünyadır!Mən bilmirəm niyə sənSöylə, beləsən dünya?Mənimlə öz sirriniBəlkə, böləsən, dünya?...Bu an dünya sükutu —Heç də sükut deyildi!Sandım min-min sirr mənə,Pıçıltıyla deyildi!1 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-dunya-nece-dunyadir
Use ← → keys to move, R for a random poem