Mən gəncliyin ilk çağındaGəzdim şeirin çorağında.Kəhkəşanlar qucağındaŞimşək kimi çaxan oldum.

Yollar rəvan,illər karvan,Mənimkidir, sandım, cahan.Dəniz kimi dalğalananBulaq kimi axan oldum.

Sevgi gördüm əfsanə tək,Səcdə qıldım divanə tək,Öz ömrümü pərvanə təkAtəşlərə yaxan oldum.

Əhd eyləyənƏhdi dandı,Unuduldu eşqin andı.Ümid söndü, ürək yandıMən ah çəkib baxan oldum.

24 sentyabr 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets