O qədər əzabaSinə gərmişəm.Yaxşılıq eyləyibPislik görmüşəm.

Boyun əyməmişəmKimsə önündə,Gah coşub, gah susubGah çağlamışam.Heç kim ağlamasınVida günündəMən özüm özümçünÇox ağlamışam.

Əzablı ömrümünQışı, qarı var.Heç kimdən etmədimDünyada giley,O qədər yubileyHəvəskarı varDedim istəyənəQalsın yubiley.

Ürəkdə zülmətdirGöydə çıraqban,Mənim doğma kəndimQanım, canımdır.Çatsın layiqlərəFəxri xiyaban,Mənim xiyabanımXırdalanımdır.

Atamın yanındaBasdırın məniDaşıma “şairdir”Yazdırın mənim.

Atamı doyuncaGörmədim axı,Üfüq kölgəliydi,Gecələr qara.İtirdim mən onuLap uşaq çağı.Mən karvan yoluylaUçaram ora.

Nəfəsi üzümdə,Adı dilimdə,Bəlkə onda bitərYetimliyim də.

Qoşa ƏləkbərləSadiq yarımaHəsrətlilər kimiMən rast gələrəm.Müqəddəs AllahdanBalalarıma,Ömür arzulayıbSağlıq dilərəm.

Qəlbimdə dərdləriBitər aləmin …Amin!!!

5 iyul 2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets