Son telefon söhbəti
Seyfəddin Dağlının əziz xatirəsinə
Şirmayı telefon...Tanış nömrələr.Fikrin qanadlanar,Sən də uçarsan.Ürək istəyəndəelə əmr edər —Bir anda dostunlaSən qovuşarsan...Süzüldü qəlbiməİsti nəfəsi,Eşitdim o doğma,Mehriban səsi,— Ürəyim! Yaxşıdır! Qalma nigaran!(Bəlkə ürəyini tuturmuş bu an —Nəbi, sən özündən muğayat ol ha...Dünənkilər deyilik daha.Bu necə axşamdı,nə söhbətdi bu?Kim bilir, bəlkə də vəsiyyətdi bu!— Hə, Sona yaxşıdır. Sözümə?..Baxır...Odur şeytan-şeytan üzümə baxır.
Elə inam vardı,onun səsində,İnam nə tez söndüyer kürəsində,— Sənə söz vermişəm gedək Xızıya...İnşaallah, yaz gəlsin, çataq arzuya...Nə bilim,Keçərəkdağlardan iz-izBu il yaz gələcəkDünyaya sənsiz.— Sabah gedəcəyəm xəstəxanaya...Beş günə çıxaram... çoxu bir aya...Bu gedişBəs niyəəbədi oldu?Sabahı buz torpaqməbədi oldu!...Yenə qəlbimdədiristi nəfəsi,Son söz yoğrulmuşduİlk sədaqətdən.Mən hardan biləydimDostumun səsi,O axşamGəlirmişƏbədiyyətdən?!
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-son-telefon-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Qızıl oktyabrÖlkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,