Səninlə getdi
Sən mənə əlvida deyən zamandaO doğma zaman da səninlə getdi.
Elə bil mən qaldım qərib cahandaMehriban cahan da səninlə getdi.
Çulğadı dünyanı bir nigaranlıq,Görüş də, hicran da səninlə getdi.
Yer də qaranlıqdır, göy də qaranlıq,Nurlu asimanda səninlə getdi.
Sahillər boyunca izlər də itib,O bizim ümman da səninlə getdi.
Dünənə məhəbbət, bu günə ümid,Sabaha güman da səninlə getdi.
16 sentyabr 1995
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-seninle-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Telefon söhbəti
Sən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
پیش و قد ریش از سر و گلستان دم مزندر تماشای بهار و باغ و بستان دم مزن
Bu ayrılığa da yıxılma, könülQəm çəkmə, sıxılma, sıxılma, könül,Heç vaxt ayrılığa yıxılmamısan,
Xatirə qatarıFikrimin işıqlı vadiləriyləBir maşın şütüyər, bir qatar gedər.