Page 1 of 2

“Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi-Rus” da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğıma düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə, əlbəttə, hənuz yadınızdadır.

“Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əwel oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiələr, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabam, div, əjder, sehr, simsim…hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar… Ah, o sözlər, o qorxulu sözlərin kiçiklikdə xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dinlədiyim yeddibaşlı əjdəriər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə şeherə qədər yuxulamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titrəmələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışırdılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di… bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanma buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yan gecədə evinə gəlmiş, qapım vurmuş, oğlu Aslan qonaq sanaraq qapım açmış, kefənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki, oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş…”

İşdə böylə, buna oxşuyan xortlaq hekayələrini her kəs az-çox eşitmişdir sanıram. Bugünkü felyetonda yuxanda sözlərdən yalnız xortlaqdan danışmaq istərəm: görək xortlaq həqiqətən ola bilərmi, yoxsa böylə sözlər bütün-bütün kökündən yalanımdır? Xortlağın elm ve fənn nəzərincə vücudu mümkündür ya yox?

Burasını anlatmaqdan əvvəl, buna aid olan 1 -2 həqiqi vaqiəni zikr etmək istərəm. Söyləyəcəyim vaqiələr Parisdə, Hindistanda yüzlərcə alimlərin, doktorların, minlərcə adamların gözləri qarşısında olmuş, görülmüşdür. Məqsədim heç bir vaxt boş bir hekayə, əsassız bir xəyal anlatmaq deyil. Fənn və əqlin qəbul etdiyi her kəsin gördüyü vaqiələrdən burada ancaq bir-ikisini yazmaqdır: 1880 tarixində Parisdə doktor La öz başına gələni böylə yazır: “Bir həftəyə qeder “Litargi” deyilən dərin yuxuya, tərpənmək və hərəkət hisslərini ibtal edən naxoşluğa tutuldum. Bir həftəyə qədər ne yedim, nə içdim, nə də tərpəndim. Qanım yavaş-yavaş hərəkətdən qaldı. Vücudum buz kimi oldu. Bir həftədən sonra tamam ölü halına düşdüm. Həkimlərin biri gəlib o biri gedirdi. Hamısı məndə ölüm əlamətlərini, nişanələrini tapdılar. Axırda mütləq öldüyümə qərar verdilər. Evimdə bir ağlaşma, bir fəryad və nalələr qopdu. Mən bunların hamısını duyurdum. Öldü- yümə qərar verildiyini də eşitdim. İstərdim ki, gözümü açam, əlimi-ayağımı bir az olsun tərpədəm, bildirəm kt, mən ölməmişəm. Lakin qabilini? Fikrən nə qədər çalışdım, istədim ki, bir az gözümü açam, xeyr, xeyr, mümkün olmadı.

Xeyli vaxt sonra ağlaşma kəsildi. Yad səslər, eşitmədiyim avazlar otağımı doldurdu. Qulaq verdim, dünyada heç sevmədiklərimin səsləri, cənab keşişlər, bu axirət müjdəçiləri, bu ölüm quzğunları məni otağımdan çıxarmağa başladılar. Bu dəfə daha şiddətli ağlaşma peyda oldu. Bildim ki, məzarımın dibaçəsi olan kilsəyə gedirik. Küçələrdən, yollardan keçirik. Fayton səslərini belə eşidirdim, küçə səsləri kəsildi. Qandım ki, kilsəyə gətiriblər, ömrümdə bəlkə heç getmədiyim kilsədə xeyli durdum. Keşiş ağalann bir ağızdan oxuduqları dua avazları eşidilməyə başlandı. Kilsədən çıxdıq.

Uzun küçələrlə gediriz. Diri-diri məzara gediriz. Öz-özümə dedim: “O yan-bu yan yox, məzara girəcəyiz. Bir az qeyrət edəm, bəlkə gözümü aça biləm. Ha qeyrət… ha… xeyr, mümkün olmur. Məzara gediriz. Şəhərin halharayı kəsildi. Keşişlərin acı-acı gələn səslərindən özgə daha bir şey eşidilmirdi. Anladım ki, məzara yaxınlaşmışıq. Bir vaxt sonra yene bir ah və nalələr qopdu. Arvadım və uşaqlarımın səslərini az-boz seçdim. Amma mən onların dərdindəmiyem, məzara girirəm.

Xeyr, onun-bunun vaxtı deyil. Ha bir az qeyrət. Zarafat, lətifə deyil. Məzara, axirətin, mənəvi aləmin qapısı məbdəyi olan dar, qaranlıq deşiyə giririz. Anıma dəqiqə bu dəqiqədir, dedim. Fikrən çalışıram, çabalayıram ki, bir az gözümü açım, bildirəm ki, mən ölməmişəm, məzara buraxmayın. Heç qabilmi? İstəyirəm ki, özümü parçalayam, bir az barmağımı da olsa tərpədəm, mümkünmü? Bu səylə, təlaşla bir an vaxt keçdi. Qulaq verdim, daha səs yox. Aləm sükut içindədir. Məgər men məzar içindeymişem. Heyhat qaldıq… Diri-diri məzara basıldıq, gömüldük. Aman yarrəbbi nə etməli? Aradan xeyli vaxt keçdi, sükutluq getdikcə artdı. Təxmin etdim ki, gecə olmuş.

Bu vaxt məzarın yanından keçən yolun yanından tək-tük səslər gəlməyə başladı. Bildim ki, gündüzə çıxdım. İki gün, iki gecə böyləcə məzarda qaldım. Üçüncü gecə təxminimə görə tamam yarı gecəidi. Qulağıma uzaqdan kəsik-kəsik səslər gəlirdi. Gəldikcə artdı. Y avaş-yavaş yaxınlaşdı. Məzarımın üzərində dayandı. Diqqət etdim – iki səs idi. Hesab etdim, sevindim ki, arvadım ölmədiyimi indi hiss etmiş, yəni ki, çıxarmağa gəlmişlər. Bu sırada səsin biri: yoldaş, daha durmağın vaxtı deyil, səsli danışma, qazmanı yavaş vur qazalım. Aman, üsullu, yavaş edək…” Heyhat, məgər məzar oğruları imiş.

Fikir etdim: bu da yaman deyil. Bəlkə məzarımda qiymətli əşya axtararkən mənə də səbəb olurlar: naxoşluğum qurtarar, oyanaram. Məzarımı qazdılar, məni məzardan dişan atdılar, bir çuvalın içinə qoyub arxalarına aldılar. Öz-özümə dedim: xeyir ola, bu nə iş! Məgər bunlar məzar oğruları deyilmiş, aldanmışam. Çox yaxşı. Ya kimdirlər, məni haraya aparırlar. Buna bir dürlü əqlim irəmədi. Uzun yollardan keçirik. Məni gətirənlərdən biri dedi: bu yoldan getməyək, qotodovoy rast gələr. O biri: aman, yavaş danış eşitmiyələr. Yaxşı ordan gedək. Getdik, uzun getdik, nəhayət böyük bir qapı cınldadı. Meni içəri götürüb bərk bir şeyin üstünə tulladılar. Biri dedi: Allah bəlasını versin, tamam yorulduq. Qapını örtiib getdilər. Fikir edirdim ki, əcaba burası hara olacaq. Xeyli vaxt yalnız qaldım. Birdən qapı açıldı. Bir çox səs otağımı doldurdu. İçərilərindən biri böylə deməyə başladı: “Əfəndilər, təşrih (ölünün bədəninin kəsib baxmaq elmi) dərsində sizə söyləmişdim: insanın ürəyi sol məmənin tamam altındadır. Ürək qanla dolmuş bir ev kimidir. Onda duyğu, hiss, bir zad yoxdur. Bunun vəzifəsi buraya gələn qara və qırmızı qanlan bədənə paylamaqdır. Ürək evinin dörd otağı var. Dördü də qanla dolu. Onun kimi qırmızı,kimi qaradır. Mədədən gələn qara qan daman sol otağa gəlir. Ağ ciyərə gedən qırmızı qan yolu yuxarıdakı sağ otaqdan gedir. İndi bıçağı bu ölünün boynunun altından batıracağam. Döşünü, qarnını yaracağam. Ürəyin, cigerlerin yerlərini, oraya gedən damarları bir-bir göstərəcəyəm, diqqət ediniz…”

Mən bu sırada anladım ki, hara gəlmişəm, məni ne edəcəklər. Məzarda olsaydım daha yaxşıydı. Bəlkə yuxudan, naxoşluqdan ayılan- da yenə bir tövr məzarın üstünü qaldırıb çıxardım, indi nə edəcəyəm. Məni cənab doktor parçalayacaq, iç alətlərimi tibb tələbələrinə göstərəcək. Demək ki, indi doğrudan öləcəyəm. Aman, ölüm-dirim vaxtıdır. Nə qədər qüvvəm varsa sərf etdim, gözlərimi bir qeder açmaq istədim. Beynimə kəsilmək, parçalanmaq qorxusu öylə təsir etdi ki, tesviri mümkün deyil. Otaq sükut içində, tələbələrin hamısı müəllim doktorun bıçağının hərəkətini nəzəri-diqqət edirkən kəskin bıçaq boynumda dayandı. Məndəki haləti təsəvvür ediniz. Doktor bıçağı təzəcə sürtməyə başlamışdı ki, şiddətli-təsirdən bir az gözlərim açıldı, özümə gəldim.

Qorxan tələbələr geri qaçdılar. Doktor bir neçə saniyə çaşdı, mat qaldı, kəsməkdən əl götürdü. Bir az sonra işi anladı. Dərhal əlac gətirib məni bir-iki saat ovdular. Nəhayət, ayağa qalxdım, özümə gəldim. Bir neçə vaxt sonra doktorla faytona mindik. Üç gün əvvəl tabutla məzara getdiyim yollardan indi faytonla calal və əzəmətlə keçirdim. Nəhayət, evimə çatdım. Arvadım ve uşaqlarım qapıya çıxdılar, menim böylə calal ilə geri gəldiyimi gördülər, bir-birinin üzünə baxa-baxa qaldılar.

Aşağıda söyləyəcəyim ikinci vaqiə yenə Parisdə olur. Qəbir əzabım sınayıb xortlayan doktor Lanın bir neçə gün qonaq olduğunu o qəbiristana vüqu gəlir. Bu vaqiəni söyləmədən öncə əvvəl Firəngistan qəbiristanlarından bir-iki söz danışmaq münasib görüldü: firəngler öz şəxslərini, həyatlarını qayet qiymətli tutarlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Biz də vaxta görə çalışaq

Millət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.

190411 min
Ağacı Qurd İçindən Yeyər

Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.

19055 min
Ümi̇dvaram ki̇…

Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.

19064 min
İdareyi-Ruhaniyyələrimiz Nə Vaxt Düzələcək?

“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.

19068 min

Poems by other poets