Page 2 of 2 · 50%

Səhhətlərinə, güzəranlarına, vaxtlarına, rahatlıqlarına ziyadə diqqət edərlər. Dünya və axirə ümurunun cümləsini öz rahatlıqları üçün bilərlər. Bunca ixtiralar, icadlar, kəşflər… hep rahatlıqları üçündür. Bizlərə görə möcüzədən hesab edilən, adətdən xaric sayılan bu rahatlıqları yalnız bu dünyada deyil, o biri dünyanın, o mənəvi alemin qapısı demək olan qəbiristanlarında da görülür. Qəbiristanları ümumiyyətlə, qayət gözəl bir surətlə divar və ya dəmir barmaqlıqla çevrələnmişdir.

İçəriləri sanki qəbiristan deyil, fərəh yeri, gülüstan, laləzardır. Qəbi- ristanda daimi surətdə gecəli-gündüzlü növbətçilər, qarovullar olur. Bunlar üçün də qayət gözəl tikilmiş binalar bulunur. Növbətçilər əksər ecələr, xüsusilə təzə ölülər olanda hər vaxt məzarları dolaşırlar. Burada hər həmiyyət sahibini, her millət dostunun ürəyini parçalayan, biz müsəlmanların məzhəb xüsusunda biz böyük ürəklilərin, kimsəyi bəgənmezlerin qəbiristanlarım, oraların mədəniyyətlərilə, murdar, çirkin, mənsub olduğu din və millətə min tövr lənət oxudacaq hallarını…yazmayacağam. Çünki eşşəklərin, itlərin, donuzların cövlangahlan, hər dürlü heyvan peyinliyi, hətta bir çox alçaq insanların rahatxanəleri, bir çox dairələrin zibil yerləri olan qəbiristanlarımızın son hallanm anlatmaq üçün bir neçe kitab lazımdır. Halbuki uzun bəhsin burada münasibəti yox. Gələk əsil hekayətimizə.

Bir gecəyarısı qəbiristanın növbətçisi təzə qəbirləri gəzirdi. Yan gecədən bir az keçmiş dərindən bir səs eşidir. Dərhal səsin gəldiyi yerə, 3-4 günlük təzə bir məzara çatır. Qulaq verir, kəsik-kəsik gələn yanıqlı səsləri dinləyir, sonra şiddətli bir fəryad duyur. Növbətçi heyrət və dəhşətə düçar olur. Özünü toplayır, qəbiristan nazirinin təlimləri, əmrləri yadına gəlir. Dərhal növbətçixanaya gəlir, qazmayı, kürəyi götürür, məzarı qazmaq, o biçarəni çıxarmaq istəyir. Lakin nə tövr olursa işə yalnız cəsarət etmir. Sürətlə məzarın yanına varır. Nömrəsini alır, dəftərinə baxır, kim olduğunu və sahibini tapır, sahibinə xəbər vermək üçün məzarıstandan uzaqlaşır. Bir saat sonra ölü sahibim tapır. Xəbər verir. Ölü sahibi sevincindən bir anda duramaz. Doktor çağırırlar, faytonla qəbiristana doğru rəvan olarlar. Faytonun sürətim sormayınız. Sanki getmir, havada uçur. Atların ayaqlarının səsi sürətlə işləyən bir maşının hərəkətinə oxşuyurdu. Lakin ölü sahibi yenə yerində rahat olmur. Faytonçuya qışqırır: böylə yavaş olmaz, təvəqqe edirəm, ziyadə təvəqqe edirəm, bir az tez-tez sürünüz. Az zaman sonra qəbiristana çatırlar. Orada hər vaxt hazır olan qəbir qazmaq hacətlərini götürürlər, qəbirə varırlar. Ömründə qazmanı əlinə almayan ölü sahibi növbətçinin qazmasına səbir eləmir. Qazmayı özü götürür. Tərif edilməz bir təlaş və sürətlə qazmağa başlayır. 3-4 ay əvvəl evinə gətirdiyi təzə gəlini, arvadını çıxarmaq istəyir. Hüsn-camal və kamalının məftunu olduğu məhbubəsini xilas etmək istəyir. Uzun bir həsrət, mənəvi bir məşuqənin nəticəsi olaraq min zəhmətlə… istədi ki, qazmam buraxıb əlləri ilə qazsın.

Qazdı yarıya endi. Lakin məzardan əskisi kimi daha səs, bir şey eşidilmir. Nəhayət qazdı, qurtardı. Cib elektrik lampası məzarın içərisini, məh- bubənin halını nəzərlərə ərz etdi. Həsrətzadə məhbubəsinə sarıldı, yalvarmağa başladı: “Mariya, Mariya, sevgilim Mariya! Mariya, İki gözüm, ruhum Mariya! Bir az su iç…” Heyhat, Mariya son nəfəsdə, can təslimində. Biçarə qız, bu gecə qəbirə qoyulduğunun dördüncü gecəsi düçar olduğu litargi naxoşluğundan ayılar, ayağa durmaq istər, başını tabutun qırağına vurar, ellərini uzatmaq, yol tapmaq istər, tabutun kənan qoymaz… Her tərəfdə dərin bir sükunət, kimsədən kömək yox, qaranlıq, tək və tənha dar bir yer, zavallı axırda anlar, qanar ki, məzara qoyulmuşdur. Qorxusundan ne edəcəyini bilməz. Çıxmağa çalışar, zəif əlləri ilə tabutun qapağını qaldırar, dırnaqları ilə məzan qazmağa başlar. Heyhat mümkünmü? Az zaman sonra “dırnaqları qopar, nazik barmaqları soyular, qanar. Bir mərtəbəyə gələr ki, barmaqlarının uclan hem yaralanar, qopar, yenə bir şeyə müvafiq olmaz.

Qazmaqdan ümidini kəsər gücü çatacaq dərəcə foryad və naləyə başlar. Saçlarını yolar, üzünü, gözünü cırar, qorxusundan gözləri dönər. Axırda səbir eləməyib qorxudan özündən gedər, bayılar. Nəhayət, ehtİzar halına düşər, iştə bu sırada, bu anda məzar qazılmağa başlar. Sevgilisi son nəfəsinə çatar.

Məzar qan içində, məhbubənin saçları yolunmuş, üzü didilmiş. Bannaqlan parçalanmış, məmələri göyərmiş, gümüş kimi misə (paxıra) dönmüş. Ay kimi üzü tanınmaz bir hala gəlmiş, vücudu hənuz isti, bədəni daha soyulmamış. Lakin can vermədə. Bir tərəfdən əri sarılmış, digər tərəfdən həkim bumuna əlac verir, dərman sürtür, ayıltmağa çalışır. Heyhat, bir daha tərpənə biləcəkmi? Vaxt keçdi, çoxdan adladı. Lakin məhbubə hələ ölməmiş, amma ölməyə, o biri aləmə getməyə ciddi hazırlanmış. Nəhayət, beş-on dəqiqə sonra başı sevgilisinin qucağında, əli doktorun ovucu içində olduğu halda köməyinə, müavinətinə, vaxtsız gələn eşqinə vida etdi…”

İştə tarixdə ismi və rəsmi ile həqiqətən olmuş bir vaqiə burada tamam oldu. Bu vaqiələr “Xortlayan adam” arasında bir fikir verdi sanıram. Lakin bir az daha təkrar ve izah edək: əski zamandan bəri aramızda “qəbirdən xortlayan adam” sözü eşidildiyi cümləmizə məlum. Demək ki, onun mütləq bir vücudu, həqiqəti varmış. Amma əski zamanlarda hər qorxulu, dəhşətli, yaxud çox faydalı bir şeyə haşa-haşa, “Allah” deyildiyi bir vaxtda, adətən dişan görülən, herşeydən və ya gözə görülən bir xəyaldan qorxulduğu bir zamanda o şeyin, o xəyalın əslini, həqiqətini kim fərq edəcəkdir? O xüsusda o halı kim elmlə, fənlə izah edə biləcəkdir? Təbii də ola bilməzdi. Buna görə hər mövhumi və xəyali bir şeyə bədən ve vücud verdiyimiz kimi “Xortlayan adam”a cin, pəri… kimi vücudu fənn ve həqiqəti özgə tövr mümkün olan xüsusları da zəmanəmizə qədər əsassız sanmışız.

Daha ümumiyyətlə, deyə bilərəm ki, əski masal və hekayələrimdə tesvir edilən bir çox xəyali şeylərin canlı birər dürlü, özge halda vücudları, həqiqətləri vardır.

Ancaq elmsizlik, batil və cahilyanə etiqadlar həqiqəti olduğu kimi bizə göstərməyə bu günə qədər mane olmuşdur. Bir çoxlarımızın, vücudlarına hələ inanmadığımız: sehr, tilsim, fal, cin, pəri… və şairələrin çoxumuzun bilmədiyi bir surətdə mütləq, mütləq maddi vücudları vardır. Amma bu vücudlar şəksiz ki, indiyə qədər bizim təsəvvür etdiyimiz kimi deyildirlər. Biləks vücudlarına inandığımız bir çox şeylərin de əsil və əsaslan yoxdur. Hər nə hal isə buralarını sonraya, özgə məqalələrə buraxmaq, gələk xortlayan adama: görünür ki, bir çox adamlar əski zamanda da bu gün “Litargi” deyilən naxoşluğa düçar olmuşlar. Diri, lakin ölü halında məzara getmişlər. Bir neçə gün, bir neçə həfte, bəlkə bir neçə ay sonra qəbirlərində naxoşluqlanndan, dərin yuxularından ayılmışlar, məzara basıldıqlarını, gömüldüklərini anlamışlar, kimi qorxusundan, mozamı dəhşətli halətinin təsirindən həlak olmuş, kimi də cəsarətli olub və ya yumşaq torpağa rast gəlib qəbirlərini qazıb çıxmışlar. Lakin çıxmışlar da, sağ qala bilmişlər mi? Özlərinin ölmədiklərini, naxoşluğa tutulduqlarını anlayabilmişlər mi! Heyhat! Bu kimi xortlayan zavallıların qonşuları, qohumları deyil, en sevdiyi oğlu belə vurub öldürmüşdür. “Babasının günahı, pisliyi çoxmuş ki, qəbirdən xortlamış!” adını üstünə götürməmək üçün öldürmüşdür. Nə böyük cəhalət, nə təəssüflü hal! Naxoşluğa tutulmuş xortlayanlann bir çoxu da avam kəndlilər tərəfindən təhdid olunmuşlar. Meşələrə, biyabanlara sürülmüşlər, quli-biyabani olmuşlar. Hələ dillərimizdə gəzən bir çox əfsanə, hekayələrə səbəb olmuşlar. Bunlar ya axırda aclıqdan həlak olmuş və yaxud canavarlar tərəfindən tələf edilmişlər.

Xülasə, insan Avropada “Litargi”, bizim bəzi yerlərdə qan tutma və s. adlarla adlanan naxoşluğa tutular, günlərcə, həftelərcə tərpənməz, bir şey yeməz, içməz, bəziləri o halətdə ikən çox yaxşı eşidər, ərte? düşünər, lakin bir söz deməz, özünü və ya əlini zərrə qədər tərpədəməz, bəziləri də heç bir şey eşitməz. İştə bu kimi zavallılar bir çox yerlərdə, hətta Paris kimi Avropanın mərkəzi olan yerlərdə ölmüş zənn edilərək basdırılar, məzara qoyular. Lakin avropalılar axır vaxtlarda bu naxoşluğu çox gözəl öyrənmişlərdir. Bununla bərabər yenə ehtiyatla bezi ölüləri bir qaç gün məxsusi yerlərində saxlayırlar. Qəbrə qoyulduqlarından sonra da üstünə həftelərcə növbətçi, qarovul qoyurlar. Bizlərdə isə o kimi biçarələr özləri qəbirlərdən çıxa bilsələr belə vurulub öldürülürlər Yaxud meşələrə sürülürlər! Nə yaman adət, nə küflü cəhalət!..

Həqiqətən ölmüş bir atlam – günahı istərsə dəryalar qədər olsun – qəbirindən qalxıb gəzəməz. Burası ne əqlen, ne de elmlə mümkün. Gerçəkdən ölmüş bir adamın xortlaması, dirilməsi “küllü şeyin ve ileyhi terciumə” (siz əvvəlki vəziyəətinizə qayıdacaqsınız) ayət və hikmət nəzərinə görə heç bir dürlü qabil deyil. Məzkur və daha çox ayətlərə, hədislərə ve “Külli şeyin yarciu ile əslihi” (hər şey öz əslinə qayıdacaqdır) qövlüne görə hər ölən əslinə rucu edəcək; mübdine, mənbəyinə övdət edəcəkdir. Hər məxluq “külli şeyin halikun illə vəchihi” (hər şey yox olub gedəcək, onun simasından başqa) ayət-həqiqət fəşamna müvafiq surətdə bugünkü şəkil ve heyətdə bir daha dirilməyəcəkdir. Ancaq “Litargi” naxoşluğuna düçar olub həqiqətən ölməmiş məzara gedən adam təbii qalxar, dirilə bilər ki, ona xortlayan adam (xortlaq, cadu) deyiriz. Demə ki, söz yalan olmaz, yanlış olar (son).

Nemanzadə

Şərqi-Rus qəzeti, 20, 22 iyun 1904, No.79, 81

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Biz də vaxta görə çalışaq

Millət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.

190411 min
Ağacı Qurd İçindən Yeyər

Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.

19055 min
Ümi̇dvaram ki̇…

Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.

19064 min
İdareyi-Ruhaniyyələrimiz Nə Vaxt Düzələcək?

“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım ondan ötrü ki, cənab bəradərimin açıqfikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğun üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.Cənab Şeyxzadə yazır: “Qovayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.

19068 min

Poems by other poets