Biz də vaxta görə çalışaq
Page 1 of 2
Millət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.
Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.
Hər kəsə məlumdur ki, vəqqi-səadətdə bir zəman həlal olan,alışılan bir əməl birdən nəhs olunurdu. Bir gün məmnuniyyətlə başlanan bir iş az zaman sonra mən olunurdu. O barədə gələn Allahın əmri ayətimənsux və mübtil olurdu. Bu gün haram olan ertəsi gün həlal olurdu. Demək ki, haşa bir qərarda qalması lazım zənn edilən əmri ilahi belə dövrə, əsrə, ilə görə yox, bəlkə ayın, günün təqazasına görə dəyişilirdi.
Çünki cənab haqqın hikməti dəyişməyən, bir qərarda qalan bir dürlü, bir məzmunlu əmri-ilahiyə camaatı tabe etməkdə deyil, biləks əmri-ilahini, vəhyirəbbanini camaatın halına, zəmanənin təqazasına görə inzal buyurmaqda idi. İştə peyğəmbərlərimizin öz zamanındakı iyumi-təbəddüllər, təğyirler, bizim üçün birər nümunə, birər ibrət olmaq ilə bərabər dini və dünyəvi əməllərimizdə, əmrlərimizdə tətbiq edilmək üzrə ‘Teyükəlfullahu nəfsən illə vusihə” ayəti-cəlilesi “əddəruratu tubihül-mehzurati” hikməti-məşhurəsi və həzrət Əli aleyhissəlamın “əllimu övladəkum biqeyri zəmanənikum…””* məzmununda yüz cür, min növ ayətlər, hədislər, hüccəti-əimmələr, qiyasi fuqəhalar, kəlami-kibrlər yenə bizlər üçün birər nümunə hüsni məsəl olmaq üzrə buraxılmışdır. Heyif ki, zəmanəyə görə çalışmağımız üçün bunca gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız hansı məqam və hansı hal üçün deyildiyindən bixəbər olduğumuz: Allah kərimdir.
Sənin çalışman ilə olmaz. Allahın təqdiri lazım. Allah rizqi yetirər. Ölüm var, çalışmaq neyə gərək. Tədbir təqdiri pozar. Olacağa çarə olmaz. Sən nə işlərsən işlə, Allah bildiyini eləyər. Allaha sığınan məhrum qalmaz… kimi cümlələri əzbərləyib, öz təqsirimizi örtmək üçün haman bunların birinə yapışırız. Bəzisinin əsasından, nəticəsindən bixəbər mollalar kimi döşümüzü genişlədəcək bunları oxuyuruz, tənbəllər, səfehlər kimi mütəsəlli oluruz. Mütəsəlli oluruz da yerimizdə, köhnə fikrimizdə mıxlanıb, batıb dururuz.
Aman ya rəbbi, iman və etiqadda bizlərdən yüz dərəcə daha möhkəm və həqiqətən daha vaqif keçmiş maarifpərvər islamların zəmanənin təqazasına görə olan hərəkətləri bizlərə neçün nümunə olmuyor da bugünkü övliya bücüklərinin öz mənfəətlərinə xidmət etmək üçün qurduqları duzaqa tələyə düşürüz? Zəmanəyə görə çalışmaq, dəyişmək istəmiyoruz. Lakin heç fikir etmiyoruz ki, əgər əsrə, vaxta görə dəyişmək lazım gəlməsəydi, nə Abbasilərin o şeşəli tərəqqiləri, ne Əndəlis ərəblərinin əqlə heyrət verən o mədəniyyətləri, nə də türklərin aləmi vəlvələyə salan fütuhati-cahangiranələri meydana gəlirdi. Bunların cümləsi nədən? Təqazaya görə çalışmaqdan.
Hər fənalığın mənbəyi, başı hər dürlü fəlakətimizə mücib olan qədim adətlərimizin, səfihanə əməllərimizin zərərini həqq ilə təqdir etməmək, her kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun faidə ve qiymətini təmyiz etməməkdir. Ən ciger parçalıyacaq burası ki, zəmanəyə uymamazlığın, tənbəlliyimizin və qeyrətsizliyimizin müəssəm şahidləri, müessəm nişanələri olan Şəki, Şamaxı, İrəvan, Naxçıvan… dakı gözləri yaşardacaq bir halı-xarabaya gələn anların (məzar günbəzləri) hər gün gözlərimizin önündə durduğu halda onlardan zərrə qədər olsun bir ibrət alamıyoruz. Maarifpərvər əcdadımızın qüdrət ve əzəmətlərinə dərəceyi-maariflerine dəlalət edən o asari əzimenin bugünkü xarab halları gözlərimizə neçün tikan kimi batmıyor? O yadigarların lisan halları ürəyimizi neçün parçalamıyor? Neçün bunlara baxıb zəmanəyə görə dəyişmək, istiqbal üçün hazırlanmaq istəmiyoruz?
Aman ya rəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, her gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsil həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə alsalar- küfli bir fanatik, ən cahil mütəessib bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər ortada yad-əcnəbi surətində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası hep bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə xidmətdir…
İştə bu qərəz və mənfəəti-şəxsilər bizləri dəyişməyə, zəmanəyə göre çalışmağa qoymur. Hanı bizim alimlərdə, qazılarda, mollalarda, tacirlərdə millətimizin bu zamanda həyatına bais olacaq əsərlərə, vəsilələrə təşəbbüs və iqdamları. Yeri gələndə, söhbət düşəndə Özlərini hamiyi-din, rəisi-millət, alimi-baəməl kimi göstərən vərəsetül-övliyalanmızdan hanı millətə xeyir və faidə gələcək dindaranə, alimanə bir hərəkət?
Ah, mollalar, axundlar!
Nedir təhəyyüli-hirse bu rütbeyi-qeyrətiniz?
Türabe münqəlib olmaq deyilmi qayətiniz
Bugünkü qəfləti-məşum xəndəniz yerinə.
Sabah həşrə qədər ağlasınmı millətiniz?
Düçari-niqməti təhzib qıldınız vaveyla.
Bu qövm ikən, bu vətətıkən vəli nemətiniz.
Devamİ-cəhl ilə zənn etməyin dəvam eylər.
Nihayete iriyer ömri-biodalətiniz.
Nə qanlı yaralar açdı qülubi-islame,
Məhəmməd ümmətinə qarşı suyi-niyyətiniz.
Üdul eylədi reh həqdən, ey rasuli-həqq.
Təhəmmül eyləməsin şani-edliyyetiniz.
Bir kərə ətrafımıza baxınız, nə görürsünüz.
Hümayun manifest nəşr olundu. Mində bir ellərə düşməyən fürsətlər əllərə düşdü. Yəhudilərə vanucaya qədər her millət bu xeyirli gündə, bu qiymətli fürsətdən istifadə etmək fikrinə düşdü. Hər şəhər, hər uyezd öz camaatlarının dərdlərinə, qeydlərinə qalıb, millət övladı, camaat fuqərası üçün bir təsisat, bir xeyirli əsər vücuda gətirməyə çalışırlar. Hanı… hanı bu qədər müsəlman şəhərlərindən de bir xəbər, müsəlmanda da bir tərpəniş? Eyvah… eyvah! Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qatil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qedərmi sürükləyib götürəcəyiz? Nə vaxt bir de zəmanəyə, təqazaya görə çalışacağız? Ey şeyxülislamlarımız, müftilərimiz, qazılarımız, mollalarımız, axundlarımız, müəllimlərimiz, qulluqçularımız, sövdəkarlarımız, bəsdir… bəsdir bu qədər səbir, bu qədər təhəmmül. Allah eşqinə, din naminə, millət xatirinə, övladi-ümmət adına bunca həqarətlər, təhəm müllər bəsdir!
Kitabxana.az · https://kitabxana.az/en/works/nemanzade-biz-de-vaxta-gore-calisaq
Use ← → keys to move, R for a random poem
More by this author
Cənab Molla əmi!Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.
Bakının əlacıBakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.
Oyun-OyuncaqYox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.
Allaha Rüşvət (Axalsixdən)Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”
Poems by other poets
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
İnam öldü, insan öldüİnam öldü, insan öldü,Dönüb oldu bir yığın ət,
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirədEtiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Olu yarəb ki, düşə daməni-canan əlimə,Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.