Mən elə torpağam
Ona sual verdim: nədir məhəbbət?Mənə cavab verdi: sənə sədaqət.Soyumur ürəyin isti nəfəsi,sinəmin odudur bəlkə bu həvəs?
Var ol,ey gözəllik mücəssəməsi,məni yaşamağa ruhlandıran səs.
Mən toxam, mənəvi ehtiyacımla,sən də ən ətirli təzə çiçəksən...Hardan biləydilər —bu ağ saçımlasən məni bu qədər bəyənəcəksən.
Deyirsən yaraşır, mən xoşlayıram,sağ ol bu söz üçün, bu deyim üçün.Gərək düşmənimə minnətdar olammən sənin xoşuna gəldiyim üçün.
Kiminsə “əməyi” gedibdi hədər,sevinc əvəzinə qəm yeyibdilər.Saçımı ağardan qaragünlüləryaraşıq veriblər,bilməyibdilər.
Dərk etdim həyatı mən bu yaşımda,bir şeyi bilmədin sən ey bixəbər;mən elə torpağam —mənim başımdafəlakət əksilər, səadət bitər.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-men-ele-torpagam
Use ← → keys to move, R for a random poem
More by this author
Otuzillik qonşum şair Əli Tudənin ölümündən*sonra dünyaya bir oğul nəvəsi gəldi. Bir axşam*
KitabxanaçıLimon xanım gözəl-göyçəkkitabxana işçisiydi.
Mir Cəlal heyy...Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,söhbətinin yarı həsrət, sevincinin yarı qəm.
ÜrəyimUçmaqmı istəyirsən,hanı o işıq, o nur?
Poems by other poets
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən