Amerika töhfələri
“Amerika mədənidir,insansevər bir ölkədir,Böyüklərə, uşaqlaraaz olmayır töhfələri!..”Sevindirmək həvəsinədüşmüş bu gün“Mərhəmətli” AmerikaKoreyada körpələri.Partlayıcı maddələrlədolduraraqKoreyalı körpələrəbəxş eləyir min “oyuncaq”.Viran qalmışməskənlərin üzərindəAmerikanın dolaşır, bax,qanlıqanad bayquşları.Gah aşağı enir onlar,Gah da qalxır dik yuxarı.Bomba atmır, qəribədir,Süzür, quzğun kimi süzür,Böyüklər də, körpələr dəBir maraqla baxır göyə,Ürəkləri bir intizar, qorxu üzür...Təyyarələr ötür keçirQatar-qatar, dəstə-dəstə,Əlvan-əlvan “oyuncaqlar”Səpələyir yerin üstə.Odur, göydən bomba deyil,Baxın, baxın, nələr yağır?Əlvan, qəşəng, yaraşıqlı“Oyuncaqlar” ağır-ağır enir yerə.“Hədiyyədir!”Amerikalı ağalardankoreyalı körpələrə!Aman körpə,İnanma sən yankilərin hiyləsinə!Badamgözlü, yaxın durmaSən onların “töhfəsinə!”Əzmək, didmək, parçalamaqArzusuyla yaşayanlarİnsanların xoş gününəVerə bilməz bil ki, qərar,Qan tökməkçün yarananlarSevindirə bilərmi heçinsanları?Viran qoyurOnlar gözəl bir diyarı!Onlar ölüm carçısıdırQulaq versən bəd səsinə.Badamgözlüm, yaxın durmaCəlladların “töhfəsinə!”.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-amerika-tohfeleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
AllahQohum-qardaş o tərəfdə, kimdən xəbər alım,Allah,Ürəyimdən qanlar axır, xoş xəyala dalım,Allah?!
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.