Odlu mizrabına qurban olum, yar!Çal, səni dinləyir kölgəli dağlar!Bulud dağ döşündə dayanıb durmuş,Çöldə ürkək maral boynunu burmuş.Burula-burula gedən yollaraUzaq bir həsrətin çökmüş kölgəsi.Çal ki, bu dağlarda coşqun baharaXoş ilham gətirir sazının səsi.Odlu mizrabına qurban olum, yar!Çal, səni dinləyir səfalı dağlar.Ayna bulaqların ləzzəti varmıÜstündə oxuyan, çalan olmasa?Coşqun mizrabıyla, xoş nəğməsiyləDərələrə səs-küy salan olmasa?Yaşıl yamacların, uca dağlarınBəzəyi, zinəti nazlı gözəllər,Saz səsi, ney səsi olmasa, bil ki,Gözəl təbiətdən çoxdan bezərlər.Odlu mizrabına qurban olum, yar!Çal, səni dinləyir səfalı dağlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets