Saf su,sərin, təmiz su.Dupduru, ləkəsiz su.Çiçəklənib bar verirsulananda bağ-bağat,Su ilə boz səhradacanlanıb qalxır həyat.Su sərinlik gətiriryanan ürəklərə də,Su dirilik gətirirəlvan çiçəklərə də.Saf su,sərin, təmiz su.Dupduru, ləkəsiz su.Su həyatdır,Su işıqdır:Təzə, cavan şəhərlərəSu ən gözəlyaraşıqdır...Saf su,sərin, təmiz su,Dupduru, ləkəsiz su.Sən hər yerdə gərəksən.Sən hər yerdə əzəlsən.Dənizlərdə, çaylarda

Faydalısan, gözəlsən.Dirçəlib rəng verirsənAl çiçəklər solanda.Ah, nə yersiz olursanNə lüzumsuz olursanŞerlərə dolanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring