Qəhrəmanın ölümü
Sis qalxırdı meşələrdən,Bürüyürdü hər yanı çən.Yenə zülmət içindəydiAna vətən, gözəl vətən.Gurlayırdı coşan sular,Sahilləri aşan sular.Sanki böyük bir matəmdənVerirdilər nişan sular.Budaqdan ayrılan yarpaq,Tapdalanan ana torpaq,Yuvasını itirən quş,Xərabədə ötən bayquş,Körpələrin iniltisi,Anaların fəryad səsi,Zülmət hökm edir hər yana,Sanki torpaq fəğan edir,Yalvarırdı hər insana:– Oğlum, qızım, övladım, gəl,Yana-yana ağladım, gəl,Sinəmə dağ çəkdi düşmən,Göyə çıxdı fəryadım, gəl!Əziz oğlum, xilaskarım,Zəncirləndi arzularım...Düşdüm yağı əllərinə,Talandı dövlətim, varım,Qurtar məni, qurtar məni,Ağ günlərə çıxar məni.Azad ellər torpağıydım,Ayaqladı murdar məni!..Ana vətən harayladıDar günündə övladını,Onun şahin oğullarıEşitdilər fəryadını.
Bizim kiçik qəhrəman daO gün silah aldı ələ,Anasının gözlərindənÖpdü dərin həsrət ilə.Dedi: – Ana, toxta barı,Sən başını tut yuxarı,Mən gedirəm vuruşlara,Ana vətən düşmüş dara...Sağlıqla qal, əziz ana,Ölüm yoxdur qəhrəmana...
Pəncərə şüşəsindəŞaxta naxış salanda,Qafqaz meşələrindəHavalar qaralanda,Obaların üstünəKölgə düşdüyü zaman,Bir axşam evlərindənÇıxıb getdi qəhrəman.Qarların üzərindəCeyran tək iz buraxdı,Anasının qəlbiniTəsəllisiz buraxdı...Onun doğma kəndiniƏsir etmişdi yağı,Tapdamışdı bu əziz,Bu müqəddəs torpağı.Qəhrəmanım bu ağırZülmə dözə bilmədi...Anasının üzündənGöz yaşını silmədi.Tapdı partizanlarıGecə zülmət çəkəndə...Onlarla birgə girdiQəhrəmanım da kəndə.Hücum edib qəflətənKəndi azad etdilər.Sağ qalmadı o gecəFaşistlərdən bir nəfər.
Üfüqlərdə al bayraqVüqarla dalğalandı.O günü doğma kəndinOcaqları gur yandı...Yalnız körpə qəhrəmanEvinə qayıtmadı.Anasını yuxudanBir daha ayıltmadı.Oğlunu ağlamadıO mərd, mehriban ana,Bildi ki, yoxdur ölümBu eldə qəhrəmana.Unutmaz övladını,Nəsillər əziz tutarOnun əziz adını.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-qehremanin-olumu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
گر مرا راه گدائی بسر کوی تو بودتا ابد دست من و حلقۀ گیسوی تو بود
GətirmişəmGecə-gündüz vird etdiyim, ay Bəsdi,Qəlbimnən qəlbinə tel gətirmişəm.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.