Gətirdim şimalın uzaq qoynunaQəlbimdə, qanımda səni, Füzuli,Bir gəlib görəydin dost məclisindəBu gözəl ellərdə məni, Füzuli.

Burda da göylərdə yanır ulduzlar,Dalğalarda sönür həzin bir axşam.Əfsanəyə bənzər bu gözəl yerdəİnan, həsrətini unutmamışam.

Könül bir qəfəsdir xəyal olmasa,Xəyalım çırpınır, uçur vətənə.Harda olsa qəlbim eşqinlə yanar,Mən sənin eşqinlə yaşaram yenə.

Könlümün ən böyük istəyi sənsən,Sən mənə əzizsən canımdan belə.Axşamlarım sənin sözünlə başlar,Gecələrim keçər yenə səninlə!

Sən ey azad eşqin ilk bəstəkarı,Ey sənət evinin qoca memarıƏyilir qarşında hörmətlə başım,Doğma sənətimin ey ilk baharı!

Yalnız badi-səba açmaz qapını,Sənin indi milyon dostların vardır.Gəl ey böyük aşiq, sil göz yaşını,Artıq günəş doğmuş, artıq bahardır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love