Göyərçin qızın dastanı
(Əfsanə)
Hər axşam gün batandaOxuyardı göyərçin.Onun həzin nəğməsiAğlardı için-için,“Hər il bahar sularıAxanda vətən sarıHəzin-həzin anaramBizim yaşıl dağları.O dağları gəzərdim,Gül-çiçəklə bəzərdim.Yar kimə könül versəMən uzaqdan sezərdim.Sonalar, ay sonalar,Uzaqlarda qaldı yar,Məndən ona bu axşamHəsrətlə salam apar.Hanı göyərçin donum,Geyim budağa qonum.Budurmu, namərd fələk,Mənim uğursuz sonum?”Nəğmədəki ahu-zar,Nazlı dilbərim, səninDünyada nə dərdin var?Göyərçinin gözü dolmuşdu yaşla,Danış dərdlərini, dedim, di başla.Söylədi göyərçin macərasını,Açdı ürəyinin ilk yarasını:“Qaçıb insanların arasından biz,Dağlarda yaşardıq alnı ləkəsiz.Bir dəstə qız idik quş paltarında,Heç əli çatmazdı bizə yarın da.Gəzərdik dağları, cumardıq gölə,Qonardıq çiçəyə, qonardıq gülə.Güldən, qərənfildən öpüş alardıq,Hey mavi göylərdə qanad çalardıq.Bizə yuva idi hər qaya, hər daş,Bəzən də qalxardıq göylərə birbaş.Enərdik bəzən də dəstəylə yerə,Yorulub düşərdik göy çəmənlərə.Ovçular hər yanda bizi arardı,Lakin donumuzda min sehir vardı.
Bizi qorxutmazdı ovçu gülləsi,Bu uca dağlarda bir insan səsiHeç zaman salmazdı bizi talaşa,Vururduq beləcə bir ömrü başa.Bir gölün üstündən bir gün uçurduq,Birdən dəstəmizlə dayanıb durduq.Gəl çimək dedilər göyərçin qızlar,Burda insanlardan nə iz, nə toz var.Soyunub sahildə lap çılpaq olduq.Yuyunub, silkənib ağappaq olduq:Sən demə şahzadə dolaşırmış tək,Sahildə qəflətən bizi görərəkGüdmüşdü xəlvətcə bizi uzaqdan,Cummuşdu biz çimən sahilə haman.Biz gölə cumaraq suda çiməndə,Şahzadənin gözü qalmışdı məndə.Alıb gizlətmişdi quş paltarımı.Sındırıb atmışdı qanadlarımı:Hamımız silkinib sudan çıxandaMən tapa bilmədim o yan-bu yandaGöyərçin donumu, quş paltarımı,İtirmişdim artıq qanadlarımı.Şahzadə götürüb gətirdi məni,Bir böyük saraya yetirdi məni.Məni gəlin edib o gecə aldı,Azad göyərçini qəfəsə saldı,O gündən qul oldum mən yad ellərdə,Söyləndi dastanım bütün dillərdə”.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-goyercin-qizin-dastani
Use ← → keys to move, R for a random poem