Gecələr dənizdən çıxan pərilər,Pəncərəmdə yanan işığa baxdı...Dedilər, görəsən bu gecəyarıBu narahat insan niyə oyaqdı?Su pərilərinin ipək saçlarıSuda sığallanır, suda daranır,Daha nə bilsin ki, su pəriləriBu yalqız otaqda şeir yaranır.Ey su pəriləri, cumun sulara,Dənizin qoynudur sizin eliniz.Nə sizə tanışdır mənim sözlərim,Nə mənə aydındır sizin diliniz...Gedin, gözəllərim, sularda qalın,Onsuz da şairin çoxdur ortağı.Bəlkə dənizə də yetişər bir günZərif şeirlərin zəif sorağı.Gözəl, ipəksaçlı su pəriləriGedin dənizləri bəxtiyar edin.Sizdən dəniz küsər, dalğalar küsər,İşıqdan gözünüz qamaşar, gedin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring