Yol
Kəndimizdənbir yol saldıq şəhərə,Asfalt döşəməli təzə yolgümüş kəmər kimiuzandı...Bağlayan olmadıköhnə yolu da,O, yaddan çıxıbbir kənarda qaldı.Gedən, gələn olmadıo yoldan,Çayır, yovşan ordaözünə yurd saldı...Bəzən cır-cır arabalarınçarxları süründüköhnə yoldan.Fərəh duymadı bu yolunyolçusu insan.
Asfalt yoldan maşınlarkeçdi qatar-qatar.Bayraqlar qızardıtəzə yolun üstündəsəhər kimi.Kəndimizin asfalt yoluuzanıb getdi şəhərəgümüş kəmər kimi...Köhnə yolubağlamadılar,Yaddan çıxdı, – deyəağlamadılar.Yavaş-yavaş silindizehinlərdənKəndin köhnə tozluyolları,Yeni kəndin sakinləriaxdılarGümüş kəmər kimi uzanantəzə, asfalt yola sarı.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-yol
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Sən qanmasanSən qanmasan, eybi yoxdur, utanma,Çünki mən qanıram, mən utanıram.
Dünyada tərifli bir gün olmadıQələm qardaşım Bəkir Nəbiyev*Nizami külüngü Fərhada verdi,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,