Hardan gəldin,bilmirəm,Kim çağırdı səni,bu anQızdırmada yananXəstə uşağın yatağı önündəTək oturan ananın köməyinə.Kim çağırdı səni,Kim açdı qapını sənə?Qəlbindəki mərhəmətAçdı bağlı qapının kilidini.Nə anamsan,nə bacım,nə həkimsən,

Tanımasam da səni,bilirəm kimsən...Körpəyə şəfa gətirdin,Ümidsiz ana qəlbinəZiya gətirdin.Bilmirəm gəlmisən hardan.Mən səni sevirəm, insan!..Qatar tövşüyə-tövşüyə dayandıYasəmən çiçəklərinə qərq olmuşBir Şimali Qafqazkəndinin yaxınlığında,Yaşıl otlar üstəköç salmış bir durna qatarı kimiEvlər ağ,Yasəmən saçaq-saçaq...Gəzir stansiyada qızlar,oğlanlarƏllərində yasəmən dəstələri.Bir qız mənə çöldən bir dəstəYasəmən uzadır içəri.Gözlərimiz təbəssümlə görüşür.Mən ona deyirəm: – Sağ ol!O mənə: – Yaxşı yol!Qatar yola düşür.Ətraf sakit, hava ilıq,Baxıram kiçik saatıma,Bir an olar bu tanışlıq.O qız bir dəstə yasəmənlə girirMənim xatiratıma...Gözlərim doymayırBu yasəmənli kəndin,Bu qızıl saçlı qızınTamaşasından,Mən səni sevirəm, insan!

Bu mücərrəd insan kimdir? – deyərtənqidçilərSuyu, duzu, çiçəyi,Duyğu, arzu, diləyi,Bir olan,Mənimlə bir havanıTənəffüs edib yaşayan;Qəlbində bir torpağın, bir elinMəhəbbətini daşıyan,Sevincimi öz sevinci kimi,Dərdimi öz dərdi kimi bölən,Mən güləndə gülüb,Ağlayanda gözümü silənMənim doğma vətəndaşımdır,Yoldaşım,sirdaşım,qardaşımdır.Sevirəm hər zaman,Mən səni sevirəm, insan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets